Slimfit
  1. DÜNYA

İnsanlarda qədim varlıqların orqanları tapılıb

İnsanlarda qədim varlıqların orqanları tapılıb
Sakura

İnsanlarda qədim varlıqların orqanları tapılıb

ABŞ-ın Hovard Universitetinin təkamülçü bioloqları bir çox heyvanların ətraflarında olan, lakin yetkinlərdə olmayan atavist əzələlərin insan embrionunun inkişafı zamanı ortaya çıxdığını və itdiyini iddia edir. Bu əzələlər yüz milyon il əvvəl yaşamış insan əcdadlarında yoxa çıxıb. 

Bu barədə Phys.org-un yaydığı məlumatda bildirilir.

 Elm adamları hamiləliyin yeddinci həftəsində insan dölünün qollarında və ayaqlarında 30 əzələnin olduğunu, bunların üçdə birinin 13 həftədən sonra yox olduğu və ya bir-biri ilə birləşdiyini söyləyir.

Yalnız fetal inkişaf zamanı yaranan qarın əzələlərindən bəzilərinin izahı verilə bilmir. Bundan əlavə, atavizmlərin embrionun 11.5 həftəlik dövründə rudimentar strukturlarının görünməsi də qeyri-adidir.

“Dorsometacarpales” kimi müvəqqəti əzələlər 250 milyon il əvvəl sinapsid sürünənlərin məməlilərə keçidindən bəri insan əcdadlarının təkamülünü əks etdirir. Ancaq nadir hallarda bunlar böyüklərdə də müşahidə olunur. Belə anomaliyaların səbəbi anadangəlmə pozğunluqlar ola bilər.

 

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR