Slimfit
  1. CƏMİYYƏT

"İnsanlara işgəncə verən Formula 1 yarışlarına bu ildən son qoyulmalıdır" - Deputat

"İnsanlara işgəncə verən Formula 1 yarışlarına bu ildən son qoyulmalıdır" - Deputat
Sakura

"İnsanlara işgəncə verən Formula 1 yarışlarına bu ildən son qoyulmalıdır" - Deputat

"Formula 1 yarışları 7 ildir Bakıda keçirilir. Bu yarışlara büdcədən nə qədər pul ayrılır, həmin vəsait necə xərclənir? Bütün bunlar hər il böyük ictimai müzakirələrə səbəb olur, və bu Hesablama Palatasının üzvlərini də narahat etməlidir. Mənim bu müraciətimi də Qanunun 20.5-ci maddəsinə uyğun olaraq, Milli Məclis üzvünün sorğusu, yaxud təklifi kimi qəbul edib iş planına salsınlar və yarışlardan sonra xalqa hesabat verilsin".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev deyib.

Millət vəkili bildirib ki, yerli sakinlərin fikirləri öyrənilmədən belə yarışın tıxac problemi yaşayan çoxmilyonlu şəhərin mərkəzində keçirilməsi qəbuledilməzdir:

""Bələdiyyələrin statusu haqqında" qanunun 26-cı maddəsinə görə, yerli əhəmiyyətli məsələlərə dair rəy sorğusu keçirilə bilər. Amma bizdə bələdiyyə institutu 1999-cu ildən tətbiq olunsa da hər hansı bir bələdiyyədə hər hansı rəy sorğusunun keçirildiyini eşitməmişəm. "Yerli icra hakimiyyətləri haqqında" Əsasnamənin 3.2.1-ci maddəsində qeyd olunur ki, yerli icra hakimiyyəti orqanları əhalinin sosial əhəmiyyətli sifarişlərinin öyrənilməsini təşkil edir, bu barədə mərkəzi icra hakimiyyəti orqanlarına məlumat verir. Onlara rəy sorğusu keçirmək səlahiyyəti verilmir. Xalq Prezidenti və parlamenti seçirsə bu o demək deyil ki, onlar istədiyi qərarı qəbul edə bilər. İsveçrədə federal səviyyədə, ölkə miqyasında 2021-ci ildə 4 dəfə, 2022-ci ildə isə 3 dəfə referendum keçirilib. Bizdə isə hamı fikirləşir ki, referendum yalnız Konstitusiyaya dəyişiklik üçün küçirilə bilər. Təcili Olimpiya stadionunun yanında "Formula 1" yarışları üçün avtodrom tikilməli, insanlara işgəncə verən, tıxacları dözülməz edən şəhər mərkəzindəki yarışlara bu ildən son qoyulmalıdır. Bu günlərdə mən saat 18:00 radələrində Milli Məclisin yanından "Gənclik" metrostansiyasına qədər 1 saat 20 dəqiqəyə getdim. Görün, indi şəhərin mərkəzində yaşayan insanlar nə qədər əziyyət çəkir".

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR