Slimfit
  1. CƏMİYYƏT

“İnsanlar elə bilirlər ki, virus yoxa çıxıb” - Baş infeksionist

“İnsanlar elə bilirlər ki, virus yoxa çıxıb” - Baş infeksionist
Sakura

“İnsanlar elə bilirlər ki, virus yoxa çıxıb” - Baş infeksionist

“Bu gündən qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektlərinin və müxtəlif istehsal sahələrinin fəaliyyəti bərpa olunub. Karantin tədbirlərinin yumşaldılması virusun yoxa çıxması anlamına gəlmir. İnsanlara məsuliyyətli olmağı və qaydalara əməl etməyi tövsiyə edirəm”.

Ens.az xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında baş infeksionist Cəlal İsayev deyib.

O bildirib ki, istər sərt karantin, istərsə də karantin rejiminin yumşaldılması dövründə vətəndaşlar qaydalara əməl etməlidir: “Artıq xeyli yumşalmalar var, yaxın gələcəkdə də nəzərdə tutulur ki, bu, davam etdirilsin. Bütün hallarda biz 3 əsas qaydaya riayət etməliyik: Maskadan istifadə etməli, sosial məsafə saxlamalı və kütləvi toplaşma yerlərindən uzaq olmalıyıq. Bu 3 məsələyə əməl olunsa, istənilən halda öndə olacağıq. Gigiyena qaydası isə hər zaman lazımdır”.

C.İsayev qeyd edib ki, insanlar mağazalara gedərkən əllərini tanış olmayan əşyaya vurduqda dezinfeksiya etməlidirlər: “İnfeksiya təhlükəsi varsa, buna əməl etməliyik ki, virusa yoluxmayaq və xəstəlik təkrar yayılmasın. Qarşıdan payız mövsümü gəlir. Ona qədər biz qaydalara tam şəkildə əməl etsək, yoluxmalar xeyli azalacaq. Artıq bu qaydalar əksər insanlarda vərdiş halını alıb. Mən bütün insanları buna əməl etməyə çağırıram. Bir qrup şəxslər səhlənkarlıq edirlər. Karantin tədbirləri yumşaldılanda elə bilirlər ki, virus yoxa çıxıb. Virus var və pandemiya davam edir. İnsanlar yumşalma tədbirlərinin davamlı və qalıcı olmasını istəyirlərsə, qaydalara əməl etməlidirlər. Hər birimiz karantin rejimindən yorulmuşuq və bu bəladan tezliklə qurtulmalıyıq”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR