Slimfit
  1. DÜNYA

İnsanlar 50 ildə planeti necə məhv edib? - Araşdırma

İnsanlar 50 ildə planeti necə məhv edib? - Araşdırma
Sakura

İnsanlar 50 ildə planeti necə məhv edib? - Araşdırma

Biomüxtəliflik və ekosistem xidmətləri üzrə hökumətlərarası ekspert qrupu insanlığın son 50 ildə planeti necə dəyişməsi barədə araşdırma aparıb.

Axar.az xəbər verir ki, araşdırmada 400 alim iştirak edib. Onlar 3 il ərzində 15 min elmi və dövlət mənbələrindən informasiya toplayıblar.

Araşdırma nəticəsində alimlər müəyyən ediblər ki, hazırda dünyada bir milyon növ canlı yox olma təhdidiylə üz-üzədir. Bununla bərabər qurudakı lokal növlərin sayı 20% azalıb. Amfibiyaların 40%-i, mərcanların 33%-i, dəniz məməlilərinin üçdə birini tam məhv olmanın gözlədiyi qeyd edilib.

Alimlər həmçinin dünyanın şirin su ehtiyatının 75%-nin kənd təsərüffatı və heyvandarlığa sərf edildiyini bildirib. Araşdırma zamanı hər il insanın planetimizdə 60 milyard ton bərpa olunan və bərpa olunmayan resurslar hasil etdiyi, kəndə təsərüffatı məhsullarının istehsalının 1970-ci ildən bu yana üç dəfə artdığı müəyyən edilib. Nəticədə son 50 ildə torpaq səthinin məhsuldarlığı 23% azalıb.

Tədqiqat zamanı həmçinin insanın fəaliyyəti sayəsində hər il okeanlara 300-400 ton ağır metal və fərqli toksik sənaye tullantılarının atıldığı bəlli olub. Bunun da nəticəsində dünya okeanlarında ümumi ərazisi 245 min kvadrat kilometr olan (Britaniyadan böyük) 400 ölü zona meydana gəlib.

Tədqiqat qrupunun rəhbəri olan Robert Uotson artıq insanlığın öz iqtisadiyyatının, qida təhlükəsizliyinin və sağlığının əsaslarını pozduğunu bildirib. O həmçinin bu prosesin qarşısını almağın mümkün olduğunu deyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR