Dərc edildi: Baxış sayı: 447
İnsanda xroniki yorğunluq yaradan əsas səbəblər
İnsanda xroniki yorğunluğu yalnız stress və mütəmadi işləmək yaratmır. Digər amillər də buna təsir edir.
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Kareliya respublikasının Tibbi Profilaktika Mərkəzinin mütəxəssisləri davamlı yorğunluq hissi yarada biləcək bir sıra səbəbləri açıqlayıblar.
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Kareliya respublikasının Tibbi Profilaktika Mərkəzinin mütəxəssisləri davamlı yorğunluq hissi yarada biləcək bir sıra səbəbləri açıqlayıblar.
Birincisi, belə bir hala bədəndə suyun azlıq təşkil etməsi səbəb olur. Mütəxəssislərin fikrincə, gündəlik ehtiyac duyulan suyun miqdarının hətta iki faizinin olmaması insan səhhətinə ciddi təsir göstərir.
İkincisi, bədəndə dəmir çatışmazlığıdır. Bu, yorğunluqdan əlavə qıcıqlanmaya səbəb olur. İnsan səhhətinə bəzi qidaların həddindən artıq qəbulu da mənfi təsir göstərir. Bu mənada həkimlər günortadan sonra qəhvə və acı çay qəbul etməyi məsləhət görmürlər.
“Belə ki, kafein yuxu gətirən maddəni - Adenozini bloklayır. Buna görə də, yatmadan 6 saat əvvəl belə qəhvə içsəniz, gecə istirahətinizə zərər verəcəksiniz”.
Xroniki yorğunluğun psixoloji səbəbləri kimi mütəxəssislər tərəfindən daim narahat düşüncələrlə dolu olmağı, istirahət günlərində işləməyi müəyyən ediblər. Həkimlər hesab edirlər ki, idman insana müsbət təsir edir, yorğunluğu aradan qaldırır və gün ərzində gümrah saxlamağa kömək edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət