Dərc edildi: Baxış sayı: 1071
İnsanabənzər robot BMT iclasında
BMT-nin Nyu Yorkdakı qərargahında keçirilən iclasda "Hər şeyin gələcəyi: sürətli texnoloji dəyişiklik dövrünün davamlı inkişafı" adlı mövzu müzakirə edilib.
Axar.az xəbər verir ki, toplantıda insanabənzər robot Sofiya da iştirak edib. O, diplomatların suallarını cavablandırıb və jurnalistlərə müsahibə verib.
Sofiya tamaşaçılara özünü təqdim edərkən, “Mənim 1,5 yaşım var. Mən sizi görə və sizinlə danışa bilirəm. Bir neçə min dəfə üz ifadəmi dəyişirəm”, - deyib.
BMT Baş katibinin müavini Əminə Məhəmməd qeyri-adi qonağı salamlayıb.
“Texnologiyaların cəmiyyətimizə təsiri maşınların deyil, insanların hərəkətləri ilə müəyyənləşdirilməlidir”, - Baş katibin müavini öz çıxışında bildirb.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət