Slimfit
  1. PSİXOLOGİYA

İnsan psixikasının müəmması : Yuxugörmə

İnsan psixikasının müəmması : Yuxugörmə
Sakura

Yuxugörmə - bizim psixikamızın ən müəmmalı təzahürlərindən biridir. Məşhur yuxuyozma bilicisi Qustav…

Q.Miller yatan adamın başının şimal tərəfə olmasını məsləhət görür: “İnsanın yatma vəziyyəti, onun yuxu vasitəsilə daha dəqiq informasiya almasına imkan yaradır. "Ulduz vəziyyətində" yatmaq məsləhət görülür: arxası üstə yatmaq, əlləri uzatmaq və ayaqları azca aralamaq. Bu yolla siz fikrən özünüzü ələ alır, xarici faktorların sizə təsir etməsini isə məhdudlaşdırırsınız. Bu məşğələnin mahiyyəti odur ki, insan fikrən göylərə qalxır, sonrasa ulduzların sərhədinə yaxınlaşır.”

Mütəxəssislər belə fikirləşir ki, əgər yuxu tez yaddan çıxarsa, deməli, bu yuxuda kifayət qədər informasiya yoxdur. Ən vacib yuxular isə yadda yaxşı qalır. Gecə yuxusunu unutmamaq üçün bu məsləhətə qulaq asın: fikrən ötən gecə baş verən hadisələri bir anlıq yaşayın - televizoru yandırdınız, hər hansı verilişə baxdıqdan sonra televizoru söndürdünüz, vanna otağına getdiniz, yastığı çırpdınız, işığı söndürdünüz, müəyyən vəziyyətdə uzandınız və nəsə vacib bir şey haqqında düşündünüz... Bunları etdikdən sonra, mütləq sizin yaddaşınızda gördüyünüz yuxunun epizodları canlanacaq.

Gələcəyi görmək üçün, Ay sutkalarının xarakteristikasından başqa, daha nəyi bilmək lazımdır? Bu suala cavab vermək üçün bir neçə qanunauyğunluğu bilmək vacibdir. İlk əvvəl bildirək ki, gələcəkdən xəbər verən yuxular, adətən Ay bədirlənəndə (15 günlük olanda) baş verir. Ay nə qədər bütöv olsa, belə yuxuların reallaşması ehtimalı böyük olur. Bundan başqa, gecənin hansı vaxtında yuxunun görülməsi də əsas şərtdir. Əgər yuxu səhərə yaxın görülübsə, onun reallaşma ehtimalı böyükdür. Gördüyümüz yuxu yadımızda nə qədər aydın, tam qalırsa, onun reallaşma şansı bir o qədər çoxdur. Əgər belə yuxuları gecə saat 3-dən sonra görürüksə, onda belə yuxular bir neçə gün ərzində həyata keçir. Gecə saat 12-dən 3-ə qədər görülən yuxular üç ay ərzində, saat 12-yə kimi görülən yuxular isə ya ümumiyyətlə reallaşır, ya da gec həyata keçir. Günorta görülən yuxular isə heç bir məna daşımır.

Əgər yuxularınız real həyatla bağlıdırsa, yəni siz hər gün ünsiyyətdə olduğunuz adamları röyada görürsünüzsə, real həyatda fikirləşdiyiniz şeylər haqqında yuxuda da fikirləşirsinizsə, onda gələcəkdən xəbər verən yuxular görmək şansınız böyük olacaq. Belə yuxular əsasən səhərə yaxın olur. Bu, ona görə baş verir ki, biz gün boyu yorulduğumuzdan gecə vaxtı dərin yuxuya gedirik. Və vaxt keçdikcə insan dincəlir, bədən boşalır, gərginlik aradan qalxır, şüur daha aktiv işləyir və bu vaxt görülən yuxu daha dəqiq olur. Bəd yuxuların həyata keçməməsi üçün xristianlıqda səhər durub pəncərədən baxır və ya bu sözləri deyirlər: "Gecə hara, yuxu ora", "Yaxşı yuxu çin olsun, bəd yuxu isə rədd olsun", "Yuxuda gördüklərimi həyatda görməyim". 

Ola bilsin ki, yuxunun hər bir hissəsi insanlarda mövcud olan və sizin qəbul edə bilmədiyiniz hansısa bir xüsusiyyətdir. Ona görə də yuxuda gördüyünüz hər bir insanın, əşyanın roluna girin və bu rolu oynayarkən gündəlik həyatınızdan, oxuduğunuz kitablardan, televerilişlərdən, söhbətlərdən aldığınız, amma hələ analiz edə bilmədiyiniz assosiasiyalara diqqət yetirin. Bu zaman onlardan hansı birisinin yuxunuzun açarı olduğunu daxilən hiss edəcəksiniz. 

Özünüzü yuxuda gördüyünüz təbiət ünsürlərinə oxşadın: 

1) evə, dənizə, səhraya, havaya, yağışa...
2) yuxuda gördüyünüz adamların cildinə girin, əgər onları tanımırsınızsa, onda kimlərə oxşadıqlarını fikirləşin.
3) özünüzü böyük enerjiyə malik əşya kimi təsəvvür edin (Məsələn, avtomobil, elektrik generatoru, yaxud da böyük dalğa).
4) özünüzü sol tərəfi sağ tərəfindən fərqli olan bir əşyaya və ya insana bənzədin: öncə sağ hissədən, sonra sol hissədən başlayaraq onların arasında dialoq yaratmağa çalışın. 
5) bir-birindən kəskin şəkildə fərqlənən iki əşya olun: təzə və ya köhnə xalça, cavan və ya qoca adam.
6) özünüzü itirilmiş əşya, yaxud çatışmayan bir detal kimi təsəvvür edin. Bu, yuxuda itirilmiş və səylə axtarılan bir şey ola bilər. Məsələn, cümlədə çatışmayan bir söz, yol göstəricisinin bir hissəsi, ya da sırğanın bir tayı.

Yuxu üzərində iş başa çatdıqda onunla bağlı konkret əməllərə başlaya bilərsiniz. Yəni, bütün ideyalarınızı həyata keçirə bilərsiniz. Əgər yuxunuz sizi fikirləşmək üçün vaxt ayırmağa çağırırsa, öz gündəliyinizdə buna bir saat vaxt ayırın. Əgər o sizə çayı keçməyi məsləhət görürsə, onda aşkarda yuxunun hansı addımlar atacağınıza işarə olunduğunu təyin edin və hərəkətlərinizi planlaşdırın. 
Əgər yuxu sizə "tək əldən səs çıxmaz" deyirsə, deməli, həyatda özünüzə həqiqətən də dayaq ola bilən dostlar tapmalısınız və bu yöndə məsuliyyətli addımlar atmalısınız. 

Məşhur “Aydın yuxular” terminini Frederik van Eyden 14 il gördüyü yuxuları təsvir etmək üçün kəşf edib. Əgər insan yuxuda olarkən görüntülərinin məhz yuxu olduğunu dəqiq bilirsə, ona "aydın yuxu" deyirlər. Bu zaman o, öz real həyatının yaddaşına daxil ola, situasiyanı düzgün qiymətləndirə və şüurlu qərarlar qəbul edə bilər. Bir çoxları bilərəkdən özlərində şüurlu yuxugörmə bacarığını inkişaf etdirirlər və əmin olurlar ki, əgər yuxuda situasiyanı ələ ala bilirlərsə, deməli, real həyatda da bunu bacarırlar. Yuxuda olarkən şüuru itirməmək qabiliyyəti daima özünü nəzarətdə saxlamaq bacarığının əldə etmək proqramının bir hissəsidir. Öz şüurunu bütünlüklə ələ almağı bacaran və yuxuda da aşkarda olduğu kimi fikirləşməyə qadir olan insan əsl azad insan sayılır. Mövzumuz davam edəcək...

 

Mənbə: Cebhe.info

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR