Slimfit
  1. MEDİA

İnsan özünü harada xoşbəxt hiss edirsə, məhz orada olmalıdır! - "Nəfs" serialının aktrisası Heyran Abdullayeva

İnsan özünü harada xoşbəxt hiss edirsə, məhz orada olmalıdır! - "Nəfs" serialının aktrisası Heyran Abdullayeva
Sakura

İnsan özünü harada xoşbəxt hiss edirsə, məhz orada olmalıdır! - "Nəfs" serialının aktrisası Heyran Abdullayeva

 

Saytımız 10 oktyabrdan etibarən hər şənbə günü SPACE telekanalında yayımlanan yeni, maraqlı süjet xətti olan “NƏFS” serialının əsas obrazlarından “ZEYNƏB” obrazına can verən istedadlı aktrisa Heyran Abdullayeva ilə apardığımız müsahibəni sizlərə təqdim edir:

Nəzərinizə çatdırırıq ki, Ssenari müəllifi ELŞƏN İSMAYIL, Quruluşçu rejissoru NİCAT MANAF olan yeni bədii seriyalın aktrisası Heyran Abdullayeva 13 sentyabr 1998 ci ildə Bərdə rayonunda anadan olub. Bakıda yaşayır. Qız bürcündəndir.

Yaradıcı fəaliyyətiniz və ilk işiniz?

- Mən Bakı Dövlət Rabitə və nəqliyyat kollecini bitirmişəm. Aktyorluqla bağlı Türkiyəli rejissor, aktyor Avni Kütükoğlu və Mehriban Zəkidən kurs almışam. 2016-cı ildən bu sahəyə olan istəyimi yavaş-yavaş həyata keçirməyə başladım. Model Aktrisa olaraq bir çox proyektlərdə yer almışam.

Uğura inamınız və yaradıcılıqdakı nailiyyətləriniz?

- Mən ilk dəfə kameranın qarşısına keçəndə özümü o qədər xoşbəxt hiss edirdim ki, sanki bu gün mənim üçün əvəzolunmaz bir gün idi. Və mən o gün öz – özümə dedim: “insan özünü harada xoşbəxt hiss edirsə, məhz orada olmalıdır!” Nailiyyətlərim zamanla daha da artacaq, mən buna inanıram, özümə, istedadıma güvənirəm. Bu sənət həm çox gözəl, həm də maraqlıdır. Eyni zamanda da çətin və məsuliyyətli işdir. Amma çətinliklər bu sənəti həqiqətən sevən insan üçün qəbulediləndir.

Həyatdan gözləntiniz?

- İnsanlar tərəfindən ilk öncə həqiqətən sevilib seçilmək istəyirəm, bu mənim üçün çox önəmlidir.

Yaradıcılıq planlarınız?

-  Gələcək planlarım bu seçdiyim yolda davam etmək və uğurlu işlər görmək.

Cəmiyyətimiz haqqındakı fikirləriniz?

- İnsanların bəziləri zaman keçdikcə sanki bəsitləşirlər, yəni mənəvi dəyərlərdən uzaqlaşırlar. Və bu məni üzür. İnsanlar sevgini öz səhv düşüncələri, fərqli baxış tərziylə ilə məhv edə bilirlər. Həyat mənə görə, elə sevgi-diqqət-anlayış üzərində qurulub. Daima sevib sevilməyi arzu edirəm hər kəsə.

Kinoda sevdiyiniz janr?

- Məncə hər biri maraqlıdır, amma daha çox dram.

Yaradıcılığınızla insanlara demək istədikləriniz, ideyanız?

- Məncə hələ mənim üçün hər şey qabaqdadır. Ona görə bu suala cavab verməyi ertələmək (təxirə salmaq) istəyirəm (gülümsəyir). İnşallah televiziya sənəti inkişaf etsin, hər kəs bu sənətə hörmətlə yanaşsın.

Bu serialın üstün və fərqli cəhətləri, insanlara tövsiyəniz.

- Maraqlı serialdır. Gələcək bölümlərdə insanların sevəcəyi, izləyəcəyi bir proyektdir. Bütün kollektivimə uğurlar arzu edirəm.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR