Slimfit
  1. MARAQLI

İnsan ömrünü uzadan super qida

İnsan ömrünü uzadan super qida
Sakura

İnsan ömrünü uzadan super qida

Hazırda insanlar sağlamlıq, uzunömürlülük və düzgün qidalanma barədə yetərincə məlumatlıdırlar və öz sağlamlıqlarına ciddi yanaşırlar. Artıq bütün qidaların tərkibi ilə maraqlanır, onun orqanizmə xeyrini götür-qoy edirlər. Vəziyyət o yerə çatıb ki, sağlam qidalanmağa çalışan insanlar, gündəlik qidalar içərisində bəzilərini faydalarına görə super qida adlandırmağa başlayıblar. 
 
Həyatın sürəti, işlərin çoxluğu və dinamikası, emosional dəyişkənliklər insanları əksər hallarda, hətta günün birinci yarısında yorur və bu yorğunluq onların bütün potensiallarını ortaya qoymağının, məhsuldar olmağının qarşısını alır. Belə olan halda insanlar gündəlik iş fəaliyyətlərini optimallaşdıracaq və onları gümrah saxlayacaq qidaları istehlak edirlər. Bu ehtiyacı ödəmək üçün adətən kofein tərkibli içkilər istifadə olunur. Bununla yanaşı, həm də istehlakçılara tərkibində super qida - Maça olan içkilər də təklif olunur.
 
 
Maça eynən kofein qədər gümrahlığı təmin etsə də, Azərbaycan istehlakçısı üçün yeni qidadır. Elə buna görə də, Maça barədə bir neçə məlumatı oxucularımızla bölüşmək istərdik. 
 
Maça bitkidir, Peruda, And dağlarında, 2-3 km hündürlükdə yerləşən ərazilərdə becərildiyinə görə dünyanın yüksəklikdə bitən qidaları sırasında birinci yeri tutur. Perulular ən azı 3500 ildir ki, Maçadan həm qida kimi, həm də türkəçarə kimi istifadə edirlər. Bitki özü turpa bənzəyir. Təbiətdə sarı, qara və qırmızı Maca mövcuddur. 
 
Maça barədə daha ətraflı məlumat əldə etmək üçün dietoloqa müraciət etdik. Dietoloq Ofelya Tahirova da təsdiqləyir ki, Maça super qidadır. O, əlavə edir ki, super qidalar orqanizmdə lazımi funksiyanı yerinə yetirərək insan ömrünü uzadır, insanı bir çox infeksion xəstəliklərdən qoruyur, ümumiyyətlə orqanizmin immunitetini daha da gücləndirir: 
 
“Deyərdim ki, Maça super qidaların ən üstünüdür, çünki Maçanın tərkibində yaşıl çaydan 100 dəfə artıq antioksidant var. Bu antioksidantların köməyi ilə orqanizmdən toksinləri, uzun müddət yığılıb qalan ağır maddələri uzaqlaşdırmaq olar. Maçanın tərkibində çoxlu vitaminlər, minerallar, protein və 20-yə yaxın amin turşusu var. Maça tərkibli qidalardan yetkinlik yaşına çatan hər kəs istifadə edə bilər. Yetkinlik yaşına çatmayanlara tövsiyə etməzdim. Bunun da bir səbəbi var ki, azyaşlılar orta yaşlı və ya ahıl insanlarla müqayisədə daha sağlamdırlar və bədənin özünütəmizləmə funksiyası onlarda daha işləkdir. Belə olan halda isə bunun üçün əlavə səyə ehtiyac qalmır”. 
 
Sonda onu da qeyd edək ki,  elmi ədəbiyyata əsasən, Maça orqanizmi enerji ilə təmin edir, zehni yeniləyir, ayıq saxlayır, əhvalı yüksəldir və yaddaşı gücləndirir. Maça miqren ağrılarını kəsir və qarşısını alır, immun sistemini gücləndirir və hormonları artırır. Maçanın antidepressant təsiri də mövcuddur. 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR