Slimfit
  1. DİN

İnsan istedadlarını üzə çıxartmaq üçün nə etməlidir?

İnsan istedadlarını üzə çıxartmaq üçün nə etməlidir?
Sakura

İnsan istedadlarını üzə çıxartmaq üçün nə etməlidir?

Hər bir insan bu dünyaya müxtəlif istedad və qabiliyyətlərlə göz açmışdır. Yəni, hamının istedad və qabiliyyətləri eyni deyildir. İnsanın ömrü və təcrübəsi artdıqca, bu gizli istedadlar da üzə çıxar və özünü büruzə verər.

Bəs nə edə bilərik ki, bu istedadlar daha tez üzə çıxsınlar və bizi kamala çatdırsınlar?

Quran bunun üçün bizə üç yolu tövsiyə etmişdir.

 

1. Özünü və yaşadığı aləmi tanımaq və təfəkkür etmək. İnsanı başqa varlıqlardan fərqləndirən tək sifəti – dərk qüvvəsidir. Yəni, insan təfəkkür edə bilir, ətrafında olanları dərk etmək qabiliyyətinə malikdir. Quran 48 dəfə ağıl, 18 dəfə fikir, 16 dəfə dil, 4 dəfə təfəkkür sözlərindən istifadə etmiş və onlara xüsusi işarələr etmişdir.

Allah Təala istəyir ki, xəlq etdiyi insan özünü tanısın, ətrafında olan dünyasını tanısın və bu haqda təfəkkür etsin. Əgər belə olarsa, o zaman Allahını da tanıya biləcəkdir. Çünki hər kim özünü tanıyar, istər-istəməz Allahını da tanıyacaqdır.“Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz halda çıxartdı və sizə qulaq və eşitmə qüdrəti, gözlər və görmə qabiliyyəti və (bədənin hissiyyatını idarə etmək üçün) ürəklər verdi ki, bəlkə şükür edəsiniz”. (“Nəhl” 78).

 

2. İnkişafa səbəb olan elm. Əgər insan fikir və düşüncələrindən istifadə edərsə, elm öyrənmək meyli yaranar. Elm qapıları üzünə açılar. Ancaq Quranın da buyurduğu kimi, hər elm insanı inkişaf etdirməz. Elm elə olmalıdır ki, insanı irəli aparsın və tərəqqi etməsinə səbəb ola bilsin.

Qurani-Kərim Həzrət İbrahim (ə) barəsində buyurur: Həqiqətən Biz İbrahimə daha öncə (Musa və Harundan qabaq, tovhid və İlahi maarif barəsində dərs almadan) ona layiq bir ağıl-kamal və fitri hidayət əta etdik və Biz ona(onun bütün mənəvi sifətlərinə və həyat tərzinə əzəldən) bələd idik”. (“Ənbiya” 51). O elm ki, insanı Allaha tərəf aparar– o elm insanı kamala çatdırar. (Həvzəh)

 

3. Yanlış seçimlərdən çəkinmək. Allah istəyir ki, insan həyatı boyunca düzgün təqlidlər və düzgün seçimlər etsin. Yanlış seçimlərdən uzaq olsun. Əlbəttə ki, insanın təbiətində vardır ki, başqaları ilə həmrəng olmaq istəyir. Ancaq bəzən başqalarının getdiyi yol, yanlış yol olur və bu yolda təkamül olmur. Ona görə də insanın meyilləri məntiqli və ağıl üzərindən olmalıdır.

O kəslər ki, cahil qalıblar – onlar ağıl və təfəkkür qüvvəsindən istifadə etməyiblər. “Və beləcə Biz səndən əvvəl hansı cəmiyyətə bir qorxudan (peyğəmbər) göndərdiksə, onların naz-nemət içində olanları dedilər: «Biz atalarımızı bir dində görmüşük və biz onların arxasınca gedirik». (“Zuxruf” 23).

 

Ona görə də insan yersiz təəssübkeşliyini və cahilliyini kənara qoyarsa, tərəqqi edə bilər. Əks halda dayandığı yerdən irəli gedə bilməz, əksinə - daha da geriləyər.

Bu 3 tövsiyəni ciddiyyətlə nəzərə alan insan, istedadlarını üzə çıxarmağa müvəffəq olar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR