Slimfit
  1. MARAQLI

İnsan hansı orqanlar olmadan yaşaya bilər?

İnsan hansı orqanlar olmadan yaşaya bilər?
Sakura

İnsan hansı orqanlar olmadan yaşaya bilər?

İnsan orqanizmi elə yaradılıb ki, özü-özünü yeniləyə bilir. Məsələn, başqasına qan verəndə insan 3,5 trilyon həcmində qırmızı qan hüceyrəsini itirsə də, bədən sürətlə özünü yeniləyir. Hətta bəzi həyati orqanlar olmadan da yaşamaq mümkündür.

Publika.az bu yazıda əməliyyatla çıxarılacağı təqdirdə belə, yaşaya biləcəyimiz orqanlarla tanış edir:

Dalaq

Dalaq qarın bölgəsinin sol tərəfində, qabırğaların altından arxaya doğru uzanan orqandır. Qabırğalara yaxın yerləşdiyi üçün qarın travmasına məruz qalma ehtimalı yüksəkdir. Odur ki, yaralanma nəticəsində ən çox çıxarılan orqan dalaqdır.

Onu əhatə edən təbəqə zədə aldığı təqdirdə asanlıqla daxili qanaxmaya səbəb ola bilər, vaxtında diaqnoz qoyulub müalicə edilməzsə, bu daxili qanaxma ölümə səbəb ola bilər.

Mədə

Mədə xərçəng olarsa və ya zədə alarsa, əməliyyatla çıxarıla bilir. Məsələn, 2012-ci ildə ingiltərəli qadın azot tərkibli kokteyl içdikdən sonra mədəsini çıxartdırmaq məcburiyyətində qalıb.

Mədə çıxarıldığı zaman cərrahlar yemək borusunu birbaşa nazik bağırsağa birləşdirir.

Bundan sonra qidalanmaya xüsusi diqqət yetirməli və mütəmadi olaraq vitamin qəbul edilməlidir.

Çoxalma orqanları (cinsiyyət üzvləri)

Kişi çoxalma orqanları testis, qadın çoxalma orqanları isə yumurtalıq adlanır. Bu orqanlar cüt halda olur. Bu orqanlardan biri kişilərdə çıxarılarsa, uşaq sahibi ola bilirlər.

Xüsusilə kişilərdə şiddət, idman, yol qəzaları, yaxud xərçəng xəstəliyi nəticəsində çoxalma orqanlarının biri və ya ikisi birdən əməliyyatla çıxarıla bilər.

Qadınlarda isə uşaqlığın (döl yatağı) çıxarılması mümkündür. Lakin bu əməliyyatdan sonra qadınlar uşaq sahibi olmaq şansını itirir, həmçinin menstruasiyanı dayandırır.

Araşdırmalar göstərir ki, yumurtalıqlarını çıxaran qadınların ömrü azalmır, həyati riskləri də yoxdur.

Ən maraqlısı odur ki, iki testisi əməliyyatla çıxalıran kişilərin orta ömür müddəti artır.

Bağırsaq (kolon)

Xərçəng və ya digər xəstəliklər bağırsağın bir qisminin və ya hamısının çıxarılmasına səbəb ola bilər. Əməliyyat tualet vərdişlərində bir dəyişikliyə yol açsa da, insanlar öz həyatına davam edir.

Müalicə prosesinin ilkin mərhələsində yumşaq qidalarla bəslənmək təklif olunur.

Öd kisəsi

Öd kisəsi qarnın döş qəfəsinə yaxın, sağ tərəfdə qara ciyərin altında yerləşir. Öd qara ciyər tərəfindən istehsal olunur və yağların həzm sisteminə kömək edir, ancaq həzm üçün ehtiyac edilmədiyi hallarda öd kisəsində toplanır.

Nazik bağırsaq yağı aşkar etdiyi zaman yağların həzm sisteminə yardım olmaq üçün ifraz etdiyi hormonla toksinlərin xaric olunmasını təmin edir.

Lakin yüksək xolesterin öd daşı yarada və bu daşlar ödlüyün dolaşdığı incə boruları bağlaya bilər. Bu hal baş verdikdə öd kisəsinin çıxarılması lazımdır. Bununla belə insanlar normal həyatına davam edir.

Appendisit

Appendisit qalın və nazik bağırsağın birləşməsində yerləşən kiçik, kor uclu soxulcana bənzər quruluşdadır.

Tək tərəfli olduğu üçün bağırsağa aid tullantı maddələri içəri daxil olanda appendisitdə iltihab yaranır. Bu, appendisit və ya ora appendiks iltihabı adlanır.

Vəziyyət ağırlaşanda ora appendiksin çıxarılmalıdır. Digər tərəfdən ora appendiksin çıxarılsa belə, yenidən böyüyüb ağrıya səbəb ola bilər. Bəzi hallarda ora appendiksin kiçik hissəsi orqanizmdə qala və bu, təkrar müalicə tələb edə bilər.

Appendisiti çıxarılan insanlar həyatlarında heç bir fərq hiss etməzlər.

Böyrəklər

Normal olaraq bütün insanların iki böyrəyi olur, amma bir böyrəklə də həyatda qalmaq mümkündür. Hətta böyrəklərin ikisi də sıradan çıxsa belə, dializ aparatına bağlı olaraq yaşamaq mümkündür.

Böyrəklərin rolu: Qanı süzərək su və elektrolit tarazlığını, bədənin turşu balansını qoruyur.

Böyrəklər bir növ ələk funksiyasını yerinə yetirərək orqanizmin ehtiyac duyduğu zülal, hüceyrə və digər qida maddələri ayırır, zərərli maddələrin sidik vasitəsi ilə xaric olunmasını təmin edir.

Böyrəkləri bir çox səbəblərdən dolayı əməliyyatla çıxartmaq məcburiyyətində qala bilərik. İrsi hallar, soyuqdəymə, alkoqol, narkotik və ya infeksiyalar böyrəklərin sıradan çıxmasına səbəb olur.

Aytən

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR