Dərc edildi: Baxış sayı: 1008
İnsan gözündən daha üstün olan linza hazırlandı
Harvard Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin mühəndisləri süni əzələ və düz kontakt linzaların yaradılması texnologiyalarını birləşdirərək obyektlərin şəkillərini onları insan gözünün gördüyü kimi çəkən yeni elektron linza hazırlayıblar.
Linza süni əzələlərin bərkidiliyi nazik, şəffaf dielektrik elastomerdən ibarətdir. Linza və əzələnin birgə qalınlığı 30 mk, qurğunun diametri təxminən 1 sm-dir.
Kiçik ölçülü nanostrukturların köməyilə yeni linza görünən işığın bütün spektrini bir nöqtədə toplamaq qabiliyyətinə malikdir. Bu, ona eynilə insan gözündə olduğu kimi real vaxt rejimində fokusu dəyişdirməyə imkan verir.
Yeni linza bəzi aspektlər üzrə insan gözünü üstələyir - məsələn, sözügedən linza insan gözü üçün əlçatmaz olan astiqmatizmə düzəlişlər edə bilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət