Slimfit
  1. TEXNOLOGİYA

İnsan bədənini monitor edən tatular

İnsan bədənini monitor edən tatular
Sakura

İnsan bədənini monitor edən tatular

Hesablamalar deyir ki, dünyada hər beş nəfərdən birinin tatusu var.

Portuqaliya alimləri üçün isə tatu bədən sənətindən daha çox elmi irəliləyiş imkanıdır.

Mahmud Tavakoli, Koimbra Universiteti: “İlk dəfə biz mürəkkəb printerinə bənzər bir tərzdə yüksək dartılma xüsusiyyətli dəri çap etmək metodununu yaratdıq. Bu, uşaqların müvəqqəti tatuları kimidir.”

Tatu çap edilir. Daha sonra maye metal xəlitə ilə əhatə edilir ki, elektrik keçirə bilsin. Suya salınaraq, müvəqqəti tatu kimi dəriyə yapışdırılır. Hazırlanması ucuz və asandır.

Mahmud Tavakoli: “Bu metodda yeni olan hazırlanma texnologiyasıdır. Belə ki, dartıla bilən dərinin daha öncəki hazırlanma metodları bahalı və mürəkkəb idi.”

Dəriyə bərkidilən kimi, o siqnalları oxuya və göndərə bilir. 

Sinir sistemlərinə təsir edən xəstəlikləri olan insanların müalicəsində bu üsul böyük bir sıçrayış ola bilər.

Mahmud Tavakoli: “Biz bu tatuları dərinin üzərinə yerləşdirsək, o əzələləri və sinirləri stimullaşdıracaq. Nevroloji pozuntuları olan pasitentlər üçün bu çox faydalı ola bilər. Məsələn, onurğa beyni xəsarətləri olan insanlar yenidən gəzə bilərlər.”

Bu tatular amputasiya edilmiş insanlar üçün süni sinir toxumaları rolunda çıxış edərək, onların protezlərini idarə etməyə yardımçı ola bilər.

Karmel Macidi, Karnegi Mellon Universiteti: “Səhiyyə sistemi bizim fokuslandığımız sahədir. Laboratoriyamızın başqa istiqaməti insan-maşın ünsiyyəti və yumşaq robotiks sahələridir. Bu materiallar hər iki sahəni əhati edir. Süni dəri və süni sinir toxumaları.”

Müvəqqəti olduğu üçün isə, onu dəriyə vurdurmaq, həqiqi tatudan daha az ağrılıdır.

Mənbə: Amerikaninsesi.org

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR