İnsan, taksonomik adıyla Homo sapiens
İnsan, taksonomik adıyla Homo sapiens — Dik duruşa, nisbətən inkişaf etmiş bir beyinə, mücərrəd düşünmə qabiliyyətinə, danışma (dil istifadə etmə) qabiliyyətinə sahibdir. Bu qabiliyyətləri dünyadakı digər növlərdən fərqli olaraq istifadə məqsədi geniş avadanlıqlar istehsalına imkan yaratmışdır. Özünün fərqində olması, rasionallığı ve zəkası kimi yüksək səviyədə düşünməsini təmin edən xüsusiyyətlər insanı "insan" edən xüsusiyyətlər olaraq sayılmaqdadır.
İnsanın bioloji soy ağacı
├─ Bitkilər
├─ Göbələklər
├─ Birhüceyrəlilər
├─ Bakteriyalar
└─ Heyvanlar
├─ Onurğasızlar
└─ Onurğalılar
├─ Quşlar
├─ Sürünənlər
├─ Balıqlar
├─ Amfibiyalar
└─ Məməlilər
├─ Vəhşi heyvanlar
├─ Dəniz məməliləri
├─ Gəmiricilər
├─ Yarasalar
├─ Cücüyeyənlər
├─ Kisəlilər
└─ Primatlar
├─ Önmeymunlar
├─ Meymunlar
└─ İnsansabənzərlər
├─ Bonobo
├─ Şimpanze
├─ Qorilla
├─ Oranqutan
└─ İnsan
İnsanın orqanik təkamülü
İlk insanabənzər canlı
İnsanın əcdadı ilə əlaqədar çalışmalar daha çox Homo cinsi ətrafında cəmləşsə də, sıxlıqla Australopithecus kimi digər hominid və homininləri də əhatə edir. Fosil qeydlərinə görə anatomik olaraq müasir insan tərifinə uyğun olan ən qədim fosillər 195.000 il öncəsinə aiddir və Afrikada tapılmışlardır. Müasir tipdə Homo sapiens altnövünün ilk irqi olan kromanyon insanı isə günümüzdən 50 min il öncə ortaya çıxmışdır. İnsanın təkamülünə dair qəbul görən başlıca iki fərziyyə vardır. Bunların birincisi müasir insanın Afrikada ortaya çıxıb dünyaya yayıldığını önə sürən "tək mənşə" fərziyyəsi, digəri isə fərqli bölgələrdə təkamül edərək müasir insana çevrildiyini önə sürən "çoxlu bölgə " fərziyyəsidir.
Müasir insanın və digər insanabənzər meymunların ilk ortaq əcdadı qəbul edilən iki ayaq üzərində dura bilən və gözləri irəli baxan canlının bundan təxminən 6.5 milyon il öncə Afrika'da ortaya çıxdığı təxmin edilməkdədir. Bu canlının ağaclardan enib ayaq üstə durmağa başlamasının səbəbinin iqlim dəyişikliyiylə bağlı quraqlıq, qida qıtlığı və köç məcburiyyəti ola biləcəyi düşünülməkdədir. İnsanı formalaşdırmağa başlayan orqanik təkamülün elmi adı olan Antopogenez, zamanımızdan təxminən 3,5 milyon il öncə başlamışdır. İnsan adı verdiyimiz başlanğıc nöqtəsi isə Homocinsinin ortaya çıxması ilə olmuşdur.
Müasir insanın nəsli tükənməmiş ən yaxın qohumları adi şimpanzelər (Pan troglodytes) ve bonobolardır (cırtdan şimpanze, Pan paniscus). Bu iki şimpanze növü və insanoğlu təxminən 6.5 milyon ildir fərqli bir təkamül cizgisi izləmələrinə rəğmən tamamlanmış gen xəritələrinə görə aralarındakı yaxınlıq sıçovul ilə siçan arasındaki yaxınlıqdan on qat daha çox, qohum olmayan iki insan arasındakı yaxınlıqdansa sadəcə 10 qat daha azdır. Bu iki şimpanze növü və insanın DNT'sinin 98.4%'i tamamilə eynidir.
Homo erectus
Bundan təxminən 1.8 milyon il öncə dik duran Homo erectus növü ortaya çıxmışdır. Bir bataqlığa üzü üstə düşmüş vəziyyətdə tapılan Turkana boyadı verilən Homo erectus skeleti, bu günə qədər demək olar ki, bütövlüklə əlimizə keçdiyi üçün Homo erectuslara dair bir çox məlumatımız var. Tapıntılar Homo erectus 'un olduqca iri cüssəli olduğunu, ovçuluqla və ya leş yeyərək yaşadığını göstərir.
Homo neanderthalensis
Homo sapiens ilə bundan təxminən 250-300 min il öncə ortaya çıxan Neandertalın uzun müddət dünya üzərində birlikdə yaşadığı və bu iki növün birbirləriylə qarşılaşdığına dair arxeoloji dəlillər mövcuddur. Digər fikirlərə görə isə, bu iki növün birbirlərinin fərqli olduğunu anlamadan cütləşmiş ola biləcəyini, beləliklə də bu günkü insanın əcdadında Neandertalların da olduğunu iddia etməkdədir. Çünki, Asiyada tapılmış bir fosilin Neandertal və Homo sapiens növlərinin cütləşməsindən meydana gəldiyi anlaşılmışdır. Neandertalın sümük-skelet quruluşu müasir insanlardan olduqca fərqlidir. Neandertal insanının çənə sümüyündəki mandibular sümük kanalının quruluşu ayırd edici bir xüsusiyyətdir. Neandertalın nəslinin necə kəsildiyi kəsin olaraq bilinmir. Bəzi nəzəriyyələrə görə daha ağıllı və daha qabiliyyətli olan Homo sapienstərəfındən yox edilmişlərdir.
Bu günə qədər gəlib çıxmış bir çox Neandertal fosili tapılmışdır . Bu səbəblə də haqqında ən çox məlumat əldə etdiyimiz hominid növüdür. Neandertalların nəsli təxminən 30.000 il öncə kəsilmişdir. Ancaq kiçik bir qisminin çox daha uzun müddət yer üzündə qalmış ola biləcəyi düşünülməkdədir. Bəlkə də dünyanın hər yerində minlərcə ildir qarşılaşılan div və təpəgöz kimi mistik nağılların mənşəyi bu iri cüssəli və tüklü hominid var.
Neandertalların fosillərində aparılan çalışmalar, barmaqlarının qalın və böyük olduğunu göstərməkdədir. Bu da müasir insan qədər incə əl işləri görmədiyinin sübutudur. Neandertallar sürü halında yaşamış sosial canlılardır. Xəstələrinə baxmış, ölülərini basdırmışlar. Çox sayda fosil tapılmasının səbəbi də ölülərini basdırmış olmalarıdır.
İnsan vücudu
İnsan vücudunun komponentləri(60 kiloqramliq nümunə üzərindən) |
||
Maddə |
Ağırlıq |
Atom % nisbəti |
Oksigen |
38.8 kg |
% 25.5 |
Karbon |
10.9 kg |
% 9.5 |
Hidrogen |
6.0 kg |
% 63.0 |
Azot |
1.9 kg |
% 1.4 |
Digər |
2.4 kg |
% 0.6 |
İnsan, alət istifadə edə bilməsini təmin edən, qolların sərbəst olduğu dik bir vücuda sahibdir. Beyni mücərrəd düşünmə, məna vermə, danışma və özünü müşahidə qabiliyyətlərinə sahibdir.
Alət istifadə edə bilməsi və zehninin xüsusiyyətləriylə insan digər canlılardan fərqlənir. təbiətianlaya bilir, nəzarəti altına ala bilir və öz məqsədləri üçün təbiətin güclərindən istifadə edə bilir.
İnsanın inkişaf mərhələləri
körpəlik | uşaqlıq | yeniyetməlik | yetkinlik | yaşlılıq
- körpəlik (0-3 yaş)
- uşaqlıq (3-12 yaş)
- yeniyetməlik (12-21 yaş)
- yetkinlik (21-65 yaş)
- yaşlılıq (65 yaş və üzəri)
İnsan psixologiyası
İnsan zehninin təməl xüsusiyyəti şüurdur. İnsan öz şüuru ilə, özünü müşahidə, zamanı qavraya bilmə və azad iradə insanda olan xüsusi keyfiyyətdir. Psixologiya elmi nöqteyi nəzərdən insan zehnini araşdırarkən, dinlərsə dəyər yarğıları ilə insanı sorğulayır. edilən hərəkətlərin yaxşı və ya pis olması ilə maraqlanır.
Ağıl
İnsan ağlının təməli şüurdur. Şüur insanın özü və ətrafindakılarla əlaqə qurmasını təmin edir. İnsanı digər canlılardan ayıran təməl özəllik olaraq şüuru qəbul edə bilərik. İnsan, əlavə olaraq azad iradəyə və zaman bilincinə də sahibdir.
İnsanda inkişaf etmiş xüsusiyyətlər
Dil
Dil, insanların düşündüklərini və hiss etdiklərini bildirmək üçün kəlmələrlə və ya işarələrlə qurduqları ünsiyyətdir. danışıq və yazı formatları olaraq da adlandırılır.
Din
Ərəb mənşəyi bir söz olan din sözü, mənşəyi etibarı ilə "yol, hökm, hədiyyə" kimi mənalara sahib olub ümumilikdə mistik, müqəddəs və əxlaqi normaları özündə cəmləşdirən, çeşidli ayin və dəyərlərə sahib inanclar bütününə verilən addır. Dinlər tarixinə baxıldığında, bir çox fərqliı adət ənənə, icmalarda və fərdlərdə din qavramının fərqli formalara sahib olduğunu görürük.
İnsanoğlu çox qədim zamanlardan bəri fövqəltəbii olana maraq göstərmiş, özünü bütün insan irqi içərisində yalnız hiss etmiş və bir tanrıya və ya tanrılara sığınma ehtiyacı duymuştur.
İnsanların bir çoxu ölümdən qorxmaqdadır. Bir çox dinin mövzusunda varlığın bir şəkildə forma və ya boy dəyişdirərək davam edəcəyi inancı vardır.
Yaradılış mifi
Bir çox dində insanın uca bir varlıq tərəfindən bugünkü halıyla yaradıldığı inancı mövcuddur. İbrahimi dinlərdə insan irqinin, ilk insan olduğuna inanılan Adəm ve onun həyat yoldaşı Həvvadan törədiyinə inanılır. Bu inanc hərhansı bir antropoloji təmələ söykənmədiyi üçün, elm çevrələri tərəfindən diqqətə alınmır.
Cəmiyyət
İnsanlar, inkişaf etmiş sosial quruluşlar qurmuşlardır. Bu quruluşlar vəziyyətə görə eyni məqsədə dönük birlik və ya rəqib ola bilərlər. Ailə ən əsas sosial quruluş sayıla bilər. Mühafizə və ədalət üçün dövlətlər qurmuşlardır. eyni dili danışanlar, millətləri formalaşdırılıblar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət