Slimfit
  1. MARAQLI

İnsan 100km/s-a qədər hansı sürətlənməyə dözə bilər?

İnsan 100km/s-a qədər hansı sürətlənməyə dözə bilər?
Sakura

İnsan 100km/s-a qədər hansı sürətlənməyə dözə bilər?

Bizə məlum olmayan səbəblərə görə avtomobil istehsalçıları yerindən 100km/s sürətə qədər yüksəlmə vaxtının azaldılmasına həvəslidir, sanki bu dünyada ən vacib parametrdir. Bu da ciddi mənada düşünməyə vadar edir – insan bədəni hansı sürətlənməyə dözə bilər? Bəlkə biz imkanların sərhədindəyik?

Məlum olduğu kimi sürətlənmə sürətin dəyişməsini vaxtla müəyyən edən fiziki kəmiyyətdir. Adətən biz onu Yerin səthinin ağırlıq qüvvəsinə bərabər olan sərbəst düşmə sürətlənməsi nəzərindən ölçürük. Sərbəst düşmənin sürətlənməsi g hərfi ilə göstərilir və ekvatorda 9,780m/s2, qütblərdə 9,832m/s2 arasında dəyişir. Bütün planet üzrə orta g dəyəri 9,8m/s2 kimi müəyyən edilmişdir.

1g yerin qravitasiyasının ekvivalent gücü hesab olunur. Biz avtomobildə sürətlənmə deyəndə sərnişinlərə horizontal xətt üzrə təsir edən g qüvvəsini nəzərdə tuturuq. Gəlin hansı avtomobillərdə hansı g göstəricisini hiss etdiyimizi aydınlaşdıraq. Sürətlənməni 1gb-də nümayiş etdirmək üçün avtomobil 2.8 saniyə müddətində 100km/s-a qədər sürətlənməlidir. 10 saniyə çox yavaş hesab olunur və 0,28g təşkil edir.

Top Fuel kateqoriyasının avtomobilləri raketlərdən pis olmayaraq 0,5 saniyəyə 0-dan 100km/s-a qədər sürətlənə bilir! Belə sürətlənmə 5,6g təşkil edərək bədən üçün hiss ediləcək səviyyədədir, lakin o insanı öldürə bilməz. Psinsipcə huşu itirmək və ya ölmək olar, lakin bunun üçün bir neçə saniyədə 6g  sürətlənməsini yaşamaq lazımdır. Qısa zaman ərzində olsa belə 100g səviyyəsində insanın sağ qalması halları da məlumdur.

Məs: amerikan qorkaları sizə 6g-ni təmin edə bilər, lakin sürətlənmənin müddəti o qədər azdır ki, onun sağlamlıq üçün heç bir təhlükəsi yoxdur. Pilotlar xüsusi kostyumlarda 9g-ə dözə bilirlər, lakin rekord ABŞ Hava Qüvvələri zabiti Con Stappa məxsusdur. O Kaliforniyada Edvards aviabazasında pilotluq edərək 46,2g-ni sınaqdan keçirib. Beləliklə hazırlıqsız belə yüklənməyə adi insan dözə bilməz.

Bundan əlavə podpolkovnik Stapp bir neçə təhlükəli yürüş edib. Bir dəfə 35g sürətlənmə zamanı Con bir neçə plombu itirib,  qabırğalarını sındırıb və digər zədələr alıb. Buna bahalı və güclü avtomobil alıcısı razı olmaz. Bunu nəzərə alaraq gəlin 30g göstəricisini sürətlənmə üçün zədələnmə olmadan sərhəd kimi qəbul edək.

Adi göstəricilərlə bu 0,093 saniyəyə 100km/s-a qədər sürətlənmədir. Əgər biz plombların düşməsi, qabırğaların sınması və ya korlanmış avtomobil salonuna razıyıqsa, onda 100-ə 0,08 saniyəyə qədər sürətlənməni sınaqdan keçirə bilərik. Nəhayət rekord yürüşündə Con Stapp 0,06 saniyəni həyata keçirib. Belə bir nəticəyə gəlmək olar ki, bu gün həyat üçün təhlükəli sürətlənmədən hələ də çox uzağıq. Bu yaxşı xəbərdir, elə deyilmi?

Tərcümə: Famil Ələkbərov

Mənbə: Populyarnaya Mexanika

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR