Slimfit
  1. CƏMİYYƏT

İngiltərənin 18 yaşlı azərbaycanlı biznesmeni - Oliqarx deputatın oliqarx oğlu

İngiltərənin 18 yaşlı azərbaycanlı biznesmeni - Oliqarx deputatın oliqarx oğlu
Sakura

İngiltərənin 18 yaşlı azərbaycanlı biznesmeni - Oliqarx deputatın oliqarx oğlu

“Orxan Quluzadə Londona, Gardiff Univetsitetinə təhsil üçün gedəndə onun cəmi 17 yaşı vardı. Cəmi 1 il sonra, 18 yaşlı tələbə Orxan artıq atası Ülvi Quliyevin sayəsində həm də Britaniya Krallığında şirkət sahibi idi”.

 Bizimyol.info xəbər verir ki, bu barədə araşdıprmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Şirkətə aid sənədlərdə qeyd olunur ki, İngiltərədəki GUANO LİMİTED (qeydiyyat nömrəsi 06353306) 2007-ci ilin avqustun 28-də London apartment 103, Astra house 23-25 Arklow road ünvanında qeydiyyatdan keçib. Təsisçisi Bakı şəhəri, Səməd Vurğun küçəsi 6 ünvanında qeydiyyatda olan 1989-cu il avqust təvəllüdlü Orxan Quluzadədir. Şirkət atası tərəfindən Orxana ad günü hədiyyəsi idi.

Ülvi Quliyev şirkəti idarə etmək üçün Londonda ona Əhməd Xan adlı ortaq da tapır, 3 il sonra o, direktor vəzifəsindən kənarlaşdırılır və şirkətin katibi təyin olunur.

Gardiff Universitetini (illik təhsil haqqı 30 min funta çatır) 4 il ərzində başa vuran Orxan daha iki il London City universitetində (illik təhsil haqqı 13 min funtdan 30 min funta qədər) təhsilinə davam edir. Universitetdə oxuduğu dönəmdə o təkcə şirkət sahibi deyildi, həm Azərbaycan Cəmiyyətinin buradakı təmsilçisi, universitetdəki karate klubunun rəhbəri, həm də ZAMİNBANK-ın Londonda Caspian Money pul köçürməsi ilə məşğul olan nümayəndəsi kimi fəaliyyət göstərib.

Orxan Guluzadə bu ilin yayında, daha konkret desək, iyulun 24-də şirkətin adını dəyişərək UGANO Limited adlandırıb. GUANO, yaxud UGANO fərq etməz, Orxanın yaxın dostlarlna şirkətin adının ailə üzvlərinin adlarının baş hərflərini ifadə etdiyini deyib.

Şirkətin adını dəyişdirməzdən əvvəl isə, yəni bu ilin iyunun 20-də Orxan biznesini böyütmək üçün Britaniyanın HAMPSHİRE TRUST BANK-ından ciddi məbləğdə kredit alıb. Ülvi Quliyevin oğlu hələ ilin əvvəlində, daha dəqiqi fevral ayında İngiltərənin daha bir maliyyə şirkətindən - LENDINVEST SECURITY TRUSTEES LIMITED-dən də kredit götürüb.

İngiltərədəki və Azərbaycandakı biznesi ilə kifayətlənməyən Orxan Quluzadə 2013-cü ildən GUANO LTD-nin fəaliyyətini Rusiya istiqamətində də genişləndirməyə qərar verir və Sankt Peterburqda Türkiyə brendi olan MADO kafe-restoranlar şəbəkəsi yaratmağa başlayır. Sahəsi 300 kvadrat metr olan ilk restoranını şəhərin Nevski prospekti 124-də, Vosstaniya meydanı yanında açan Orxan o zaman "Деловой Петербург" qəzetinə bildirmişdi ki, növbəti illərdə bu restoranların sayı onlarla olacaq. Qəzetin məlumatına görə, oliqarx deputatın oğlu təkcə bu restorana 700 min dollar vəsait yatırır. Mebellər, ərzaq, şirniyyat Türkiyədən gətirilir. Tezliklə Orxan Peterburqun Suvorovsk prospekti 17 ünvanında ikinci restoranla bağlı layihəsini də reallaşdırır.

Sən saydığını say, gör fələk nə sayır, "Mado" brendini peterburqlulara sevdirə bilməyən Orxanın üst-üstə 1 milyon dollardan baha başa gələn layihəsi 2015-ci ildə iflasa uğrayır

"Mado restoranları bağlanır, onları "XOÇU KEBAB" restoranları əvəzləyir. Deputatın oğlu yenidən "investisiya kisəsini" açır, bu dəfə Vosstaniya meydanı və Suvorovsk prospekti 17-də (Çernışevskaya metrosunun çıxışı) peterburqlulara kabab təklif edir.

Daha sonra "Xoçu Kebab" və "Xoçu Şaşlık" adı ilə Sankt Peterburqun Zaqorodnıy prospekt 12, Komsomol küçəsi 13, Marat küçəsi 10-12, Sadovaya 44, Bolşaya Puşkarskaya 27 ünvanlarında daha bir neçə restoran fəaliyyətə başlayır.

Restoran biznesi ilə yanaşı Orxan Quluzadə Peterburqda növbəti biznes layihəsinə baş vurub və 2018-ci ilin okyyabrında 10 min rubl nizamnamə kapitalı ilə burada NEO GROUP LTD ticarət şirkətini (ОБЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ "НЕО ГРУП") qeydiyyatdan keçirib. Lakin ötən ayın 18-də şirkətin bağlanması üçün Peterburqun vergilər idarəsinə müraciət edib.

Təkcə ölkə xaricində deyil, elə Azərbaycanda da Ülvi Quliyevin biznesini oğlu idarə edir.

Deputat tikdiyi bina

deputatın biznesi

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR