İngiltərə Premyer Liqasının oyunları neytral meydanda keçirilə bilər
Koronavirus pandemiyası üzündən dayandırılan İngiltərə Premyer Liqasının bərpa planı müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, təşkilatçılar klublara oyunların neytral meydanda, həm də azarkeşsiz keçirilə biləcəyi barədə xəbərdarlıq edib.
Bildirilir ki, bəzi arenalar hökumətin və digər məsul qurumların qoyduğu tələblərə uyğun gəlməyə bilər. Bu da bəzi klublarda narazılıq yaradıb: “Azarkeşlərin itirilməsi ilə barışmışıq. Biz ev oyunu üstünlüklərinin hamısını itirəcəyiksə və bizə 5 əvəzetmə imkanı veriləcəksə, bu hələ həmin idman növüdür?”.
Oyunların neytral meydanda keçirilməsi klubların növbəti yığıncağında müzakirə olunacaq. Çempionatın iyunun 8-də bərpa olunması məsələsinə də həmin toplantıda baxılacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət