İngiltərə Premyer Liqası: “Arsenal” doğma meydanda “Liverpul”u məğlub edib
Futbol üzrə İngiltərə Premyer Liqasında XXIII turun oyunları davam edir.
Ens.az AZƏRTAC -a istinadən xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma keçirilib.
Turun mərkəzi görüşü Londonda baş tutub. Burada "Arsenal" "Liverpul"u qəbul edib. Matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 14-cü dəqiqədə paytaxt təmsilçisinin heyətində Bukayo Saka açıb. Qabriel Maqalhaes 45+3-cü dəqiqədə avtoqol müəllifi olaraq tablodakı rəqəmləri bərabərləşdirib. "Topçular" 57-ci dəqiqədə Qabriel Martinelli ilə yenidən önə keçiblər. Matçın yekun nəticəsini 90+2-ci dəqiqədə Leandro Trossard müəyyənləşdirib.
Günün digər oyunlarında "Vulverhempton" "Çelsi"ni 4:2, "Mançester Yunayted" isə "Vest Hem"i 3:0 hesabı ilə məğlub edib. "Nottingem Forest" - "Bournmunt" görüşü isə qollu sülhlə yekunlaşıb - 1:1.
Bu nəticələrdən sonra turnir cədvəlinə 51 xalla "Liverpul" başçılıq edir. "Arsenal" 49 xalla 2-cidir. Aktivində 46 xalı olan "Mançester Siti" 3-cü, eyni xala malik "Aston Villa" isə dördüncü pillədə qərarlaşıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət