Dərc edildi: Baxış sayı: 583
İngiltərə millisinin futbolçusu irqçilikdə ittiham olunur
Futbol üzrə İngiltərə millisinin və “Tottenhem Hotspur” klubunun 23 yaşlı futbolçusu Dele Alli qalmaqal yaradıb.
“Ren TV” xəbər verir ki, idmançının “Twitter”də paylaşdığı videoçarx izləyicilərin qəzəbinə səbəb olub.
Kadrlarda futbolçu ilk növbədə xarici görünüşdən asiyalıya bənzyən kişini göstərərək, sonra antiseptik vasitəni lentə almağa başlayır.
Videonun alt yazısında isə futbolçu “Virus məni ələ keçirmək üçün daha sürətli olmalıdır” sözlərini qeyd edib.
İzləyicilərin qəzəbinə tuş gələn D.Alli paylaşdığı videonu silməyə məcbur olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət