Dərc edildi: Baxış sayı: 334
İngiltərə millisinin baş məşqçisi ilə yeni müqavilə imzalanıb
Futbol üzrə İngiltərə milli komandasının baş məşqçisi Qaret Sautqeytin müqaviləsinin müddəti uzadılıb.
"Report"un İngiltərə Futbol Assosiasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, 48 yaşlı mütəxəssisin yeni sözləşməsi 2022-ci ilədək nəzərdə tutulub.
Qeyd edək ki, Sautqeyt 2016-ci ildən İngiltərə milli komandasının baş məşqçisi vəzifəsində çalışır. Onun əvvəlki müqaviləsinin müddəti 2020-ci ilə qədər idi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət