Dərc edildi: Baxış sayı: 501
İngiltərə klubunda əl ilə görüşmək qadağan olundu
İngiltərənin "Nyukasl" klubunda koronavirus epidemiyasına görə ilkin tədbirlər görülməyə başlayıb.
"Report" Britaniya mətbuatına istinadən xəbər verir ki, komandanın bazasında futbolçuların və işçilərin əllə görüşməsinə qadağa qoyulub.
Bu barədə Premyer Liqa təmsilçisinin baş məşqçisi Stiv Bryus məlumat verib. 59 yaşlı ingiltərəli mütəxəssis bildirib ki, bu addım virusun yayılmasının qarşısını almaq üçün atılıb.
Qeyd edək ki, Böyük Britaniyada koronavirusa yoluxanların sayı 19-a çatıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət