Slimfit
  1. İDMAN

İngiltərə klubu "Barselona" ilə oyundan öncə beş futbolçusunun xidmətindən məhrum olub

İngiltərə klubu "Barselona" ilə oyundan öncə beş futbolçusunun xidmətindən məhrum olub
Sakura

İngiltərə klubu "Barselona" ilə oyundan öncə beş futbolçusunun xidmətindən məhrum olub

İngiltərənin "Tottenhem" klubu Çempionlar Liqasının qrup mərhələsinin II turunda İspaniya "Barselona"sı ilə keçirəcəyi oyundan öncə ciddi itkilərlə üzləşib.

"Report" klubun rəsmi "Twitter" səhəfisinə istinadən xəbər verir ki, London təmsilçisi bu qarşılaşmada 5 futbolçusunun xidmətindən yararlana bilməyəcək. Müdafiəçilər Yan Vertongen və Serj Orye, yarımmüdafiəçilərdən isə Dele Alli, Kristian Eriksen və Mussa Dembele Kataloniya klubu ilə matçda iştirak etməyəcək.

Bu oyunçuların hamısının milli komandaların oyunları ilə əlaqədar fasilədən sonra sıraya dönəcəyi gözlənilir. Bu isə o demək ki, onlar İngiltərə Premyer Liqasının VIII turunda oktyabrın 6-da evdə "Kardiff Siti" ilə matçda komandaya kömək edə bilməyəcəklər.

Qeyd edək ki, oktyabrın 3-də keçiriləcək "Tottenhem" - "Barselona" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR