Slimfit
  1. DÜNYA

İngiltərə AB-dən ayrıldı – Tarixi anlaşma…

İngiltərə AB-dən ayrıldı – Tarixi anlaşma…
Sakura

Brüsseldə 27 Avropa Birliyi ölkəsinin rəhbərləri fövqəladə görüşdə tarixi qərara imza atılıb

Brüsseldə 27 Avropa Birliyi ölkəsinin rəhbərləri fövqəladə görüşdə tarixi qərara imza atılıb. Breksit müqaviləsi 17 ay boyunca davam edən müzakirələr nəticəsində bütün Avropa Birliyi dövlətləri tərəfindən təsdiqlənib.

Minval.info xəbər verir ki, Avropa Birliyi Komitəsində baş verən fövqəladə görüşdə bütün üzv ölkələrin rəhbərləri iki mətni təsdiqləyib. Mətnlərdən biri Böyük Britaniyanın AB-dən ayrılmasını göstərən 585 səhifəlik Breksit müqaviləsi, bir digəri isə Brüssel ilə London arasında gələcəkdə inşa ediləcək qarşılıqlı əlaqələri əks etdirən 26 səhifəlik elan olub.

Avropa Parlamenti seçkiləri yaxınlaşarkən Böyük Britaniya baş naziri Teresa Mey və Avropa Komissiyasının rəhbəri Jan Klod  Yunker görüşlərin qısa olması və problemlərlə üzləşməmək üçün son günlərdə mütəmadi görüşüblər. Görüşdən əvvəl jurnalistlərin suallarını cavablandıran Yunker, vəziyyəti “tragediya” adlandıraraq, mətnin London üçün ən ideal razılıq olduğunu vurğulayıb.

İspaniya Baş Naziri Pedro Sançes, kritik görüşə saatlar qalmış, İspaniya-İngiltərə arasındakı uzun illər davam edən siyasi anlaşmazlığa səbəb olan Cəbəllütariq məsələsi həll olunmayacağı təqdirdə Breksit müqaviləsini veto edəcəyini açıqlayıb. 1713-cü ildən günümüzə qədər İngiltərə ərazisi olmuş bölgədə keçirilən sorğuda yerli əhali AB-dan çıxmağı qəbul etməyib.

29 Mart 2019 tarixində gerçəkləşən Breksit sonrası 21 aylıq bir period yaşanacaq. İngiltərə 2020-ci ilin sonuna qədər AB qanunlarına və Avropa Ədalət Qurumundan asılı olacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR