Dərc edildi: Baxış sayı: 565
İngilis qadın insultdan ayılan kimi rus ləhcəsində danışmağa başladı
İngiltərənin Liverpul şəhərində yaşayan rusca heç bir kəlmə də bilmirmiş. Amma keçirdiyi insultdan ayılan kimi ingiliscə rus aksenti ilə danışmağa başlayıb.
Bizimyol.info xəbər verir ki, 2014-cü ildə Qriffitsin halı işlədiyi mağazada xarab olanda qadın danışmaq, oxumaq və yazmaq qabiliyyətini itirmişdi. Onda xəstəxanada Rouza həkim demişdi ki, dolğun həyat tərzinə qayıtması çətin məsələdir. Qriffits ruhdan düşmədi, çox çalışdı. Əvvəlcə sol əli ilə yazmağı bacardı. Danışmağa başlayanda isə hamını şoka saldı. Çünki Rouz rus aksenti ilə danışmağa başlamışdı. Qriffits heç vaxt rusca danışmamışdı. Heç öyrənməyə cəhd də etməmişdi.
Rouz tez-tez aksentləri dəyişir. Gah şərqi avropalı, gah da alman kimi danışır. Amma Qriffits kefini pozmur. Normal həyata qayıtmağa başlaması onu çox sevindirir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət