Slimfit
  1. ELM

İngilis dili

İngilis dili
Sakura

İngilis dili - Hind-Avropa dillərinin german dillərinə aiddir

İngilis dili (ing. English, English language) — Hind-Avropa dillərinin german dillərinə aiddir. Doğma dil kimi 410 milyon insan daşıyıcısıdır. İkinci dil kimi 1 milyard insan danışır (2007).

BMT-nin altı rəsmi və işçi dilindən biridir. İngilislərin təbii dili, İngiltərənin, faktiki Böyük Britaniyanın, ABŞ (31 ştatının rəsmi dili), İrlandiyanın, Kanadanın və Maltanın iki rəsmi dilindən biri, Avstraliyanın, Yeni Zelandiyanın rəsmi dili. O, Asiya (məsələn Hindistan, Pakistan və s.) və Afrikanın bəzi dövrlərində rəsmi dil kimi istifadə edilib. Linqvistikada ingilis dilində danışanları аnqlofonadlanırlar, Kanadada bu termin siyasi mənada işlədilir.

Dildə qrammatik mənanı analitik formada ifadə etmək üstünlük təşkil edir. Dillərin analitik tipinə aiddir. Leksikanın 70% götürülmə sözlərdir. Əlifbası VII əsrdən latın qrafikası əsasındadır. Orta əsrlərin əvvələrində əlavə hərflər də istifadə edilirdi. Sonradan onlar sıradan çıxdılar. Orfoqrafiyada ənənəvi yazılış formasıdır.

Hazırda ingilis dili dünyada ən geniş yayılmış dillərdən biridir. İngilis dili dünyada diplomatiya, kommersiya, dənizçilik, elmi-texniki və kütləvi informasiya dili kimi məşhurdur. Zəmanəmizdə nəşr olunan ədəbiyyatın və kütləvi mətbuatın əksəriyyəti ingilis dilində dərc olunur. Bütün bu deyilənlərə görə ingilis dilinin öyrənilməsi hər kəs üçün həyati zərurət kimi qarşıda durur. İngilis dilinin fonetik quruluşu bir sıra inkişaf mərhələlərindən keçməklə özünəməxsus orijinal səs strukturu yarada bilmişdir.

 

Əlifba

İngilis əlifbasında 26 hərf var.

Hərf Hərfin adının tələffüzü (IPA) Hərfin adının tələffüzü (azərbaycanca)
Aa [eɪ] ey
Bb [biː] bi
Cc [siː] si
Dd [diː] di
Ee [iː] i
Ff [ɛf] ef
Gg [dʒiː] ci
Hh [eɪtʃ] eyç
Ii [aɪ] ay
Jj [dʒeɪ] cey
Kk [keɪ] key
Ll [ɛl] el
Mm [ɛm] em
Nn [ɛn] en
Oo [əʊ] ou
Pp [piː] pi
Qq [kjuː] kyu
Rr [ɑː] və ya [ɑɹ] ar
Ss [ɛs] es
Tt [tiː] ti
Uu [juː] yu
Vv [viː] vi
Ww [ˈdʌb(ə)l juː] dabl-yu
Xx [ɛks] eks
Yy [waɪ] uay (təxminən)
Zz [zɛd] və ya [ziː] zed (zee)

 

Sözlərin uzunluğu

İngilis dilinin xarakterik cəhətlərindən biri onun qısa sözlərdən ibarət olmasıdır. Uzun sözlər dildə olsa da, onlara az rast gəlinir. Qısa sözlər ingilis dilinə alman tayfalarının dilindən, uzun sözlər isə fransız dilindən və latın dilindən keçib. Qısa sözlər danışıqda və jarqonda, uzun sözlər isə elmdə və publisistikada işlədilir.

 

Dil tarixi

İngilis dili inkişafına görə üç mərhələyə bölünür: qədim ingilis dili (450—1066), orta dövr ingilis dili (1066—1500), yeni dövr ingilis dili (1500-ci ildən indiki dövrə qədər).

 

Dialektləri

İngilis dilinin çox sayda dialektləri vardır. Dialektlər İngiltərədə daha çoxdur. ABŞ-da dialektlər olsa da, ədəbi dil kimi orta-atlantik dialekt işlənir.

 

Dünyada yayılması

 
     İngilis dili ana dili olduğu yerlər     İngilis dili ana dili olmadığı halda ən çox danışılan ölkələr
 
Ölkə İngilis dili ana dili olanların sayı
Flag of the United States.svg ABŞ 214.809.000
Flag of the United Kingdom.svg Böyük Britaniya 58.200.000
Flag of Canada.svg Kanada 17.694.830
Flag of Australia.svg Avstraliya 15.581.334
Flag of Ireland.svg İrlandiya 4.200.000+
Flag of South Africa.svg CAR 3.673.203
Flag of New Zealand.svg Yeni Zelandiya 3.500.000+
Flag of Singapore.svg Sinqapur 665.087
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR