Slimfit
  1. TEXNOLOGİYA

İnformasiya

İnformasiya
Sakura

İnformasiya – verilənlərdə insanların gördüyü mahiyyət, qiymət

İnformasiya (ing. information, rus. информация, türk. bilgi) – verilənlərdə insanların gördüyü mahiyyət, qiymət. Adətən, verilənlər faktlardan ibarət olur ki, onlar da müəyyən konteksdə informasiyaya çevrilir və insanlara aydın olur. Kompüterlər verilənlərin mahiyyətini anlamadan onları emal edir. Çox zaman “verilən” və “informasiya” terminləri sinonim kimi işlənsə də, onlar arasında müəyyən fərq var. Verilənlər (DATA) hər hansı məlumatlardır və onların mənasının olub-olmamasının elə bir önəmi yoxdur. Məsələn, kompüterdə '19091985' və ya 'VD51FGD' simvollar sətri verilənlərdir. İnformasiya isə mənası olan verilənlərdir. Siz simvollar yığınının nə ifadə etdiyini bilirsinizsə, o, informasiya olur. Məsələn, '19091985' hər hansı malın kodu, yaxud kiminsə doğum tarixi (19 sentyabr 1985) ola bilər. Onun mənasını bildikdə o, sizin üçün informasiyaya çevrilir.

Təbiətdə və cəmiyyətdə bizi əhatə edən obyektlər, hadisələr, onların xassələri, qarşılıqlı münasibətləri haqqında məlumatlar yığımı olub, onlara dair bilikləri çoxaltmaq məqsədi daşıyır.

 

Ümumi məlumat

İnformasiya təbiətdə siqnallar şəklində ötürülür və iki tipə ayrılır: analoq və rəqəmli. İnsanlar öz hissiyyat üzvlərinə görə analoq, kompüterlər isə rəqəmli informasiyaların köməyilə fəaliyyət göstərir.

Informasiyanın istifadəyə yararlı olması üçün aşağıdakı şərtlər ödənilməlidir (informasiyanın xüsusiyyətləri):

  • tam (tam şəkildə təsvir olunmalıdır);
  • düzgün (həqiqi situasiyanı əks etdirməlidir);
  • qiymətli (maksimum az məsrəflə əldə edilməlidir)
  • əhəmiyyətli (istifadəçi üçün vacib olmalıdır);
  • aktual (cari vaxtda tələb edilən olmalıdır);
  • anlamlı ( istifadəçinin başa düşdüyü tərzdə hazırlanmalıdır).

 

İnformasiyanın əsas funksiyası

İnformasiya hal-hazırkı və potensial sahibinə hər hansı sahədə (maddi, siyasi, hərbi) mənfəət gətirirsə, bu informasiya qiymətli informasiya sayılır. İnformasiyanın qorunması informasiyanın itirilməsi, dəyişdirilməsi, silinməsi ehtimallarının qarşısını alır.

İnformasiyalar yaranmasına, qəbul edilməsinə, ötürülməsinə, ifadə formalarına və vasitələrinə, istifadəsinə və s. görə müxtəlif cür qruplaşdırıla bilər. İnformasiyaları hər hansı əlifbasimvollarının köməyi ilə ifadə etmək və onu digər əlifbaya da keçirmək olar. İnformatikada fakt, məlumat, xəbər terminləri çox vaxt "verilənlər" sözü ilə ifadə olunur.

İnformasiya (məlumat) (latınca informatio,informare — məlumatlandırmaq, formaya salmaq ) – abstrakt anlayış, hara çatdırılmasından asılı olmayaraq çoxşaxəli məlumat.

Təbiətdə və cəmiyyətdə bizi əhatə edən obyektlər, hadisələr, onların xassələri, qarşılıqlı münasibətləri haqqında məlumatlar yığımı olub, onlara dair bilikləri çoxaltmaq məqsədi daşıyır.

İnformasiya təbiətdə siqnallar şəklində ötürülür və iki tipə ayrılır: analoq və rəqəmli. İnsanlar öz hissiyyat üzvlərinə görə analoq, kompüterlər isə rəqəmli informasiyaların köməyilə fəaliyyət göstərir.

 

İnformasiyanın istifadə şərtləri

Informasiyanın istifadəyə yararlı olması üçün aşağıdakı şərtlər ödənilməlidir (informasiyanın xüsusiyyətləri): tam (tam şəkildə təsvir olunmalıdır); düzgün (həqiqi situasiyanı əks etdirməlidir); qiymətli (maksimum az məsrəflə əldə edilməlidir) əhəmiyyətli (istifadəçi üçün vacib olmalıdır); aktual (cari vaxtda tələb edilən olmalıdır); anlamlı ( istifadəçinin başa düşdüyü tərzdə hazırlanmalıdır).

İnformasiya hal-hazırkı və potensial sahibinə hər hansı sahədə (maddi, siyasi, hərbi) mənfəət gətirirsə, bu informasiya qiymətli informasiya sayılır. İnformasiyanın qorunması informasiyanın itirilməsi, dəyişdirilməsi, silinməsi ehtimallarının qarşısını alır.

İnformasiyalar yaranmasına, qəbul edilməsinə, ötürülməsinə, ifadə formalarına və vasitələrinə, istifadəsinə və s. görə müxtəlif cür qruplaşdırıla bilər. İnformasiyaları hər hansı əlifba simvollarının köməyi ilə ifadə etmək və onu digər əlifbaya da keçirmək olar. İnformatikada fakt, məlumat, xəbər terminləri çox vaxt "verilənlər" sözü ilə ifadə olunur.

 

Kompüter informasiyası

Müxtəlif intensivliyə malik olan siqnallar müxtəlif informasiyaları daşıyır. Bu tipli informasiyanı analoq informasiya adlandırırlar. Analoq informasiya kəsilməzdir — biz təbiətdə heç bir vaxt iki eyni rəngli yarpaq və ya iki eyni formalı iki bulud görə bilmərik.

Kompüterdə informasiya başqa xüsusiyyətə malik verilənlər şəklində təsvir olunur. Şəkildə hər hansı rəng nə qədər parlaqdırsa, kompüterin yaddaşında bu siqnal bir o qədər artıq olur. Bunları səs və başqa siqnallar haqqında da demək olar. Bu formada təsvir edilən informasiya rəqəmli informasiya adlanır.

Rəqəmli informasiya diskretdir, belə ki, səs, rəng və formaların sonsuz müxtəlifliyinin təsviri üçün ədədlərin müəyyən və sonlu sayından istifadə edilir.

Analoq informasiyanın rəqəmli şəkildə təsviri analoq-rəqəmli çevrilmə adlanır. Bu çevrilmədə istifadə edilən ədədlər nə qədər müxtəlif olarsa, rəqəmli informasiyanın diskretliyi, yəni onun dəqiqliyi də bir o qədər çox olar, başqa sözlə, rəqəmli informasiya analoqa bir o qədər yaxın olar.

Başqa sözlə, analoq informasiya deyildiyi kimi təsvir edilir və insanın duyğu üzvləri ilə qəbul edilir. Rəqəmli informasiya isə kompüterin emal etdiyi informasiyadır və kodlarla ifadə olunur.

 

İnformasiya təsnifatı

İnformasiyanın 1) faydalılıq, 2) tamlıq, 3) həqiqilik, 4) qiymətlilik, 5) təzəlilik və s. kimi xassələri vardır.

İnformasiya yaranmasına, qəbul edilməsinə, ötürülməsinə, ifadə formalarına və vasitələrinə, istifadəsinə və s. görə müxtəlif cür qruplaşdırıla bilər. İnformatikada fakt, məlumat, xəbər terminləri çox vaxt «verilənlər» sözü ilə ifadə olunur. «Verilənlər» (ing. data) texniki vasitələrlə (məsələn, kompüterlə) saxlanması, emal edilməsi və ötürülməsi üçün formal şəkildə təsvir edilən (kodlaşdırılan) məlumatdır. «Verilən» termini latınca «datum» (fakt) sözündən yaranmışdır. Lakin verilən bəzən konkret və ya real fakta uyğun gəlməyə bilər. Verilənlər bəzən qeyri-dəqiq, həqiqətdə mövcud olmayan anlayışları ifadə etməyə bilər. Odur ki, verilən dedikdə öyrənilən obyektin, hadisənin və ya fikrin təsviri başa düşülür.

Verilən ümumi halda ad, qiymət, tip və struktur xarakteristikaları ilə təyin olunurlar. Verilənlərin tip xarakteristikasından əsasən proqramlaşdırmada istifadə edilir.

Tipinə görə verilənləri 4 qrupa ayırırlar:

  • hesabi (və ya rəqəm tipli);
  • mətn (və ya simvol tipli);
  • məntiqi tipli;
  • göstərici tipli.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR