Slimfit
  1. CƏMİYYƏT

İnfeksionist: 'Pandemiyaya görə avtobuslarda kondisionerlərin işləməsi məqsədəuyğun sayılmır'

İnfeksionist: 'Pandemiyaya görə avtobuslarda kondisionerlərin işləməsi məqsədəuyğun sayılmır'
Sakura

İnfeksionist: 'Pandemiyaya görə avtobuslarda kondisionerlərin işləməsi məqsədəuyğun sayılmır'

“Qapalı yerlərdə, o cümlədən sərnişin avtobuslarında kondisionerlərin çalışması virus infeksiyalarının yayılmasında böyük rol oynayır”.

Ens.az xəbər verir ki, bunu “Report”a açıqlamasında tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə deyib.

Onun sözlərinə görə, bağlı məkanlarda kondisionerlərin işləməsi məqsədəuyğun hesab edilmir:

“Bu, həmçinin insanların çox olduğu digər yerlərə də aiddir”.

Qeyd edək ki, bu gün Bakı Nəqliyyat Agentliyi (BNA) açıqlama yayaraq pandemiya şəraitində avtobuslarda sərinləndirmə sistemlərinin işə salınması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi bölməsi TƏBİB-lə məsləhətləşmələr aparıldığını bəyan edib: "TƏBİB-in tövsiyəsinə əsasən, avtobuslarda havanı daxildə dövr etdirən sərinləndirmə sistemlərinin olduğundan onların işə salınmasına məhdudiyyət qoyulub. Avtobuslarda havalandırma sisteminin işə salınması ilə əlaqədar TƏBİB-lə müzakirələr davam etdirilir. Beynəlxalq təcrübə də nəzərə alınmaqla müəyyən qaydalar üzərində iş aparılır. Yekun qərar və qaydalar qəbul olunacaq və bu barədə əlavə məlumat veriləcək".

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR