İnəklərin bir-biri ilə ünsiyyət qurmaq qabiliyyətləri varmış
Tədqiqatçılar məməlilər arasında kommunikasiyanın öyrənilməsində yeni nəticələrə gəliblər. Bu dəfə söhbət iribuynuzlu mal-qaradan gedir.
Ens.az xəbər verir ki, alimlər iddia edir ki, inəklər böyürmə vaxtı səs tembrini tənzimləməklə əhvalları barədə bir-birilə məlumat bölüşmək bacarığına malikdirlər.
Əvvəlki araşdırmalarda inəklərin və buzovların bir-birlərinin səsini tanıma qabiliyyəti təyin olunmuşdu.
Ancaq onların qohum olmayan digər inəklərlə böyürmə vaxtı fərdi səs parametrlərinə riayət edib- etməmələri açıq qalırdı.
Avstraliyalı və fransız mütəxəssislər, Holstein cinsindən olan 13 inəyin müxtəlif vəziyyətlərdə (aclıq, qidalanma, doyma, istirahət, digərləri ilə ünsiyyət və ya təcrid vaxtı ) çıxardıları səsləri yazıblar. Sonradan tutuşdurmaq üçün ümumilikdə 333 səs qeydə alınıb.
Böyürmənin amplituda-tezlik xarakteristikalarını təhlil etdikdən sonra alimlər hər bir inəyin vokal parametrlərinin həmişə fərdi olaraq qaldığını müəyyənləşdiriblər. Beləliklə, hər bir fərd, hətta uzaqdan başqalarını eşidərək, məhz hansı inəyin səsini eşitdiyini aydın başa düşür.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət