Slimfit
  1. CƏMİYYƏT

İndoneziyalılar “Torqovı”da belə rəqs etdi

İndoneziyalılar “Torqovı”da belə rəqs etdi
Sakura

İndoneziyalılar “Torqovı”da belə rəqs etdi

Bakının mərkəzində, Fəvvarələr meydanında İndoneziya Mədəniyyəti Festivalı keçirilib.

Kult.az xəbər verir ki, tədbir çərivəsində İndoneziya milli rəqsləri nümayiş olunub və həm şəhərin sakinləri, həm qonaqları tərəfindən maraqla qarşılanıb.

Eyni zamanda, İndoneziya və Malayziya milli suvenirləri, yeməkləri, çayları, müxtəlif malları satılan yarmarka təşkil edilib. Yarmarkaya gələnlər bu ölkələrin milli mətbəxi, adət-ənənələri, tarixi ilə tanış olublar.

Mərkəzdə festivalla əlaqədar açılan güşələrə maraq yüksək səviyyədə olub.

Festival çərçivəsində İndoneziyada olan 1340 etnik qrupun bir çoxuna xas əl işləri, mədəniyyət nümunələri, incəsənət əsərləri sərgilənib və alıcılara təqdim edilib.

Qeyd edək ki, sentyabrın 11-də Heydər Əliyev Sarayında IV İndoneziya Mədəniyyəti Festivalının açılışı olub. Şəhər mərkəzindəki festival-yarmarka isə 13 sentyabrdan başlayıb, 2 gün davam edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR