İndoneziyada hava, dəniz səyahətləri iyunun əvvəlinədək qadağan edilib
İndoneziya koronavirusun daha da yayılmasının qarşısını almaq məqsədilə aprelin 24-dən başlayaraq, bəzi istisnalar olmaqla, daxili, eləcə də beynəlxalq hava və dəniz səyahətlərini müvəqqəti olaraq qadağan edəcək.
APA-nın Reuters-ə istinadən verdiyi məlumata görə, Nəqliyyat Nazirliyinin Aviasiya üzrə baş direktoru Novie Riyanto Rahardjo bildirib ki, hava uçuşları iyunun 1-dək qadağan olunacaq.
Dəniz nəqliyyatının baş direktoru Aqus Purnomo isə gəmilərlə nəzərdə tutlmuş səyahətlərin iyunun 8-dək dayandırıldığını vurğulayıb. Lakin bu qadağalar dəniz yük daşımalarına şamil edilməyəcək.
Rəsmilərin sözlərinə görə, İndoneziya və xarici vətəndaşların vətəninə dönüşü üçün reyslər, habelə dövlət rəsmilərinin, diplomatik heyətin, eləcə də beynəlxalq təşkilatların nümayəndələrinin səfərləri istisna təşkil edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət