Slimfit
  1. DÜNYA

İndoneziyada cari ildə təqribən 15 milyon nəfərin koronavirusa qarşı peyvənd ediləcəyi gözlənilir

İndoneziyada cari ildə təqribən 15 milyon nəfərin koronavirusa qarşı peyvənd ediləcəyi gözlənilir
Sakura

İndoneziyada cari ildə təqribən 15 milyon nəfərin koronavirusa qarşı peyvənd ediləcəyi gözlənilir

İndoneziyada cari ilin sonlarınadək təqribən 15 milyon nəfərin koronavirusa qarşı ilk peyvənd alacağı gözlənilir. Peyvənd Çin və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan alimlərin iştirakı ilə hazırlanır.

Ens.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə İndoneziyanın Dövlət Müəssisələri naziri Erik Thohir məlumat verib.

İndoneziyada, həmçinin koronavirus pandemiyasından sonra iqtisadiyyatın bərpasına cavabdeh olan nazir bildirib ki, yeni peyvəndin sınaqları uğurlu nəticə verəcəyi halda ilin sonlarınadək ölkədə təqribən 30 milyon doza peyvənd tədarük olunacaq. Onun sözlərinə görə, beləliklə təqribən 15 milyon nəfər peyvənd edilə biləcək.

Nazir, həmçinin qeyd edib ki, Çinin "Sinovac Biotech" dövlət farmasevtik holdinqi ilin sonunadək İndoneziyaya 20 milyon doza yeni peyvənd tədarük etməyi planlaşdırır. Gələn ilə isə bu göstərici 250 milyon doza təşkil edəcək. Bununla yanaşı, BƏƏ-nin "G42" şirkəti də dekabrda Cakartaya 10 milyon doza, gələn ilin birinci rübündə daha 50 milyon doza peyvənd tədarük etməyi nəzərdə tutur.

E.Thohirin bildirdiyinə görə, yeni peyvənd dövlət sığorta proqramına daxil olan 221 milyon İndoneziya vətəndaşı üçün pulsuz olacaq. Bununla yanaşı, qiyməti təqribən 30 dollar olacaq peyvəndi digər sakinlər də əldə edə biləcəklər.

Əlavə olaraq qeyd edək ki, son məlumatlara görə İndoneziyada koronavirusa yoluxanların sayı 172 mini ötüb, bunlardan 7,3 mini həyatını itirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR