Dərc edildi: Baxış sayı: 560
İndi də “Trabzonspor” Mahir Emrelini istəyir
Türkiyənin “Trabzonspor” klubu norveçli hücumçu Aleksander Sörlotun transferindən sonra daha bir forvard almaq istəyir.
“Haber TS” xəbər verir ki, Türkiyə nəhənglərindən olan Trabzon klubu millimizin və “Qarabağ”ın hücumçusu Mahir Emrelini (Mədətov) transfer etməkdə maraqlıdır.
Qeyd edək ki, İspaniyanın I divizion klubu “Estremadura” “Qarabağ”a Mahir Emrelini transfer etmək üçün rəsmi təklif göndərib. Bundan başqa, onu İspaniyanın “Deportivo”, “Malaqa” və “Almeria” klublarının da istədiyi yayılan xəbərlər arasındadır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət