İnanılmaz hadisə! - Keçilər həbs olundu
Hindistanın Telenqana əyalətində "Ağacları xilas et" adlı bir qeyri-hökumət təşkilatı başlatdıqları meşə salma kampaniyası çərçivəsində onlara təsis edilən sahəyə 980 ədəd yabanı badam ağacı əkilib.
Metbuat.az xarici mediaya istinadla bildirir ki, amma kampaniyanın iştirakçılarından biri polisə zəng edərək əkini yeyən keçini polisə şikayət edib. Polis hadisə yerinə gələrək "iş üstündə" yaxalanan keçiləri nəzarətə alıb. Bir dirəyə bağlanan iki keçinin sahibləri min rupi ödədikdən sonra buraxılacaq.
Keçilərin 980 ağacdan 250-sini yedikləri və davamlı olaraq bu sahəyə gəldikləri bildirilib.
Polis məmuru jurnalistlərə verdiyi açıqlamada bunun "Həbs" deyil, sadəcə tədbir olduğunu bildirib.
Xəbərlərdə yer alan hadisə bütün sosial media istifadəçilərinin gülüş hədəfinə çevrilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət