Slimfit
  1. GÜNDƏM

İmzalanmış bəyanatda yer alan bir bəndə əsasən, Dilqəmin və Şahbazın geri qaytarılması tələb olunmalıdır

İmzalanmış bəyanatda yer alan bir bəndə əsasən, Dilqəmin və Şahbazın geri qaytarılması tələb olunmalıdır
Sakura

Yeni sülh bəyannaməsi Şahbazla Dilqəmi erməni girovluğundan azad edəcəkmi…

Əliməmməd Nuriyev: “Torpaqlar işğaldan azad edildiyindən, həmin qondarma məhkəmənin qərarı qüvvədən düşmüş hesab olunur”

Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistan tərəfindən əsir və girov götürülmüş azərbaycanlıların Azərbaycana qaytarılması məsələsi erməni tərəfinin yaratdığı süni maneələr nəticəsində problemə çevrilib. Beynəlxalq konvensiyaları kobud şəkildə pozan Ermənistan hətta əsir və girovlara işgəncə verməkdən belə çəkinməyib.

Xatırladaq ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü il iyul ayında Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüblər. İşğal altındakı Dağlıq Qarabağda hər iki şəxslə bağlı “məhkəmə” qurulub və “məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, bir neçə gün əvvəl ordumuzun Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda apardığı əks-hücum əməliyyatı zamanı hər iki girovun saxlandığı Şuşa şəhərindəki həbsxanadan Ermənistan ərazisinə köçürüldüyü bildirildi.

Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan hökumət başçısı arasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı bəyannamə imzalandı. 9 bənddən ibarət olan bu sənədin bütün maddələri Azərbaycanın milli maraqlarına uyğundur. Bəyannamədə qeyd olunan maddələrdən birində əsirlikdə olan girovların mübadiləsi yer alıb. Qeyd edilir ki, hərbi əsirlər, girovlar və digər saxlanan şəxslərin, habelə cəsədlərin dəyişdirilməsi həyata keçiriləcək.  Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycana təhvil verilə bilərmi?

“İmzalanmış bəyanatda yer alan bir bəndə əsasən, Dilqəmin və Şahbazın geri qaytarılması tələb olunmalıdır”

Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev bildirdi ki, erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycana təhvil veriləcək: “İmzalanmış bəyanatda yer alan bir bəndə əsasən, Dilqəmin və Şahbazın geri qaytarılması tələb olunmalıdır. D.Əsgərov və Ş.Quliyev üzərində qondarma məhkəmə Azərbaycan ərazisində qurulub. Bu insanlar öz doğma torpaqlarında girov götürülüblər. Həmin torpaqlar işğaldan azad edildiyindən, qondarma məhkəmənin qərarı qüvvədən düşüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin bəyanatının tam mətni açıqlanıb. Burada bir bənd var - hərbi əsirlər, girovlar və digər saxlanan şəxslərin, habelə cəsədlərin dəyişdirilməsi həyata keçiriləcək. Digər şəxslər qeydi bizə imkan verir ki, biz Dilqəmlə Şahbazın girovluqdan azad edilməsini tələb edək".

Günel CƏLİLOVA

Baki-xeber.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR