Slimfit
  1. CƏMİYYƏT

İmtahansız diplom alan tələbələr necə iş tapacaq? - EKSPERT RƏYİ

İmtahansız diplom alan tələbələr necə iş tapacaq? - EKSPERT RƏYİ
Sakura

İmtahansız diplom alan tələbələr necə iş tapacaq? - EKSPERT RƏYİ

Koronavirus epidemiyasının yaratdığı vəziyyətlə əlaqədar olaraq, Azərbaycanın ali təhsil müəssisələrinin bakalavriat pilləsində təhsil alan tələbələr yekun attestasiyadan azad olunurlar. Nazirlər Kabineti bununla bağlı verdiyi qərarda bildirir ki, bakalavriat səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunurlar.

Son semesterin olmaması və tələbələrin istehsalat təcrübəsi keçməməsini ciddi itki hesab etmək olarmı?

Ens.az xəbər verir ki, Təhsil eksperti Nabatəli Qulamoğlu Redaktor.az-a bildirib ki, sonuncu semesterdən və dövlət imtahanından məhrum olan tələbələrin üzərinə böyük öhdəlik düşür:

"Bu məsələlərdə əsas öhdəlik tələbələrin öz üzərinə düşür. Müəllimlər sadəcə onlara istiqamət verə bilərlər. Onlar özləri təhsillə məşğul ola, geri qaldıqları mövzular üzrə özlərini inkişaf etdirə bilərlər. Zaman bizi sıxır və nə isə etməyə imkan vermir.  Qiyabi təhsillə hazırki durum arasında ciddi fərq yoxdur. Çox şey tələbənin özündən asılıdır. Tələbə istəsə buraxılan mövzuları bərpa edə bilər. Bacarığı olan məzunlar isə əmək bazarında özünə yer tapa biləcək".

Təhsil eksperti Elşən Qafarov isə imtahanların ləğv edilməsinin doğru olduğunu qeyd edib: 

"Ali təhsil müəsissələrində oxuyanlar diplom əldə edir və yerdə qalan praktik təcrübələri və bilikləri istehsalatda qazanırlar. Bizdə ali təhsil səviyyəsində heç bir universitetdə nəzəriyyə ilə praktika yanaşı keçilmir. Ona görə də tələbələrin təcrübə keçməməsi kadr hazırlanmasında xüsusi bir önəm daşımayacaq.

Universitet praktikaları formal xarakter daşıyır. Bundan başqa, 35-40 günlük təcrübə ilə bir məzunun 4 il ərzində öyrəndiklərini tam tətbiq edə və təcrübə qazana bilməsi mümkün deyil. Həmçinin, imtahanların keçirilməməsi çox doğru addımdır. Pandemiya ilə bağlı karantin rejiminin başladığı dönəmdə hər kəs narahat idi. Lakin biz qeyd edirdik ki, dövlət hər zaman vətəndaşın yanındadır. Hökümətin qəbul etdiyi bütün qərarlar bütün tərəflərin maraqlarına uyğun olacaq. Buraxılış və qəbul imtahanlarının yumşaldılması, dövlət imtahanlarının güzəştli şəkildə ləğvi dövlətin vətəndaşlara güzəştidir".

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR