Dərc edildi: Baxış sayı: 414
İmtahanlar üzrə ödənişdə dəyişiklik olacaq? – DİM sədri
İmtahanlar üzrə ödənişlə bağlı heç bir dəyişiklik nəzərdə tutulmayıb.
Ens.az Axar.az-a istinadən xəbər verir ki,bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, qəbul qaydaları Nazirlər Kabineti tərəfindən təsdiqlənir və Elm və Təhsil Nazirliyi ilə razılaşdırılır:
“Bir həftə ərzində qəbul imtahanlarının hansı regionlar üzrə olması dəqiqləşəcək və sonra açıqlanacaq”.
DİM sədri əlavə edib ki, builki qəbul imtahanlarının vaxtı aidiyyəti qurumlarla müzakirə edilib:
“Yaxın vaxtlarda cədvəllər ictimaiyyətə təqdim olunacaq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət