Slimfit
  1. TƏHSİL VƏ KARYERA

İmtahan verənlərin yarısı Azərbaycan dilindən qeyri-məqbul aldı

İmtahan verənlərin yarısı Azərbaycan dilindən qeyri-məqbul aldı
Sakura

İmtahan verənlərin yarısı Azərbaycan dilindən qeyri-məqbul aldı

Azərbaycan dili fənni üzrə mayın 26-da keçirilən imtahanın nəticələri bəlli olub.

Dövlət İmtahan Mərkəzinin  mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə “Azərbaycan müəllimi” qəzetinə bildirib ki, imtahan verən 1152 abituriyentdən 613 nəfəri ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyib. İştirakı nəzərdə tutulan 1286 abituriyentdən 134 nəfəri imtahana gəlməyib.

Qeyd edək ki, imtahanda iştirakçılara 30 test tapşırığı təqdim edilib. Bu imtahanda  builki və əvvəlki illərin məzunlarının nəticələri fərqlənir. Belə ki, IX və XI sinfi bu il bitirənlər maksimum 100 bal toplaya bilirlər. Səhv cavablar yekun bala təsir göstərmir. Balları hesablayarkən düzgün cavabların sayı 10-a vurulduqdan sonra 3-ə bölünür. Abituriyentlərin balı 50 və daha yuxarı olduqda isə “məqbul” qiymət almış hesab olunurlar və ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqəyə buraxılırlar.

Əvvəlki illərin məzunları olan abituriyentlərin imtahan üzrə balları hesablanarkən hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Dövlət İmtahan Mərkəzindən bildirilir ki, iştirakçılar qurumun internet saytı vasitəsilə nəticələri haqqında məlumat əldə edə bilərlər. Burada həm də cavab kartının qrafik təsviri yerləşdirilib.

Qeyd edk ki, imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənmək mümkündür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR