Dərc edildi: Baxış sayı: 607
İmran Xan xəstəxanaya Ərdoğanın adını verdi – Müalicə pulsuz olacaq
Pakistan Baş naziri İmran Xan Pəncab şəhərindəki xəstəxanalardan birinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adını verib.
Teleqraf.com xəbər verir ki, Baş nazir vətəndaşların xəstəxanada pulsuz müalicə ala biləcəyini açıqlayıb.
İmran Xan xəstəxanada evsiz və yoxsul insanlara sığınacaq və qida yardımının veriləcəyini də deyib.
O, dəstəyə görə Türkiyə hökumətinə öz təşəkkürünü bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət