Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

İmmuniteti necə gücləndirmək olar?

İmmuniteti necə gücləndirmək olar?
Sakura

İmmuniteti necə gücləndirmək olar?

Məşhur rus həkim, aparıcı, sağlamlıq haqqında çoxsaylı kitabların müəllifi Aleksandr Myasnikov Komsomolskaya Pravda-nın suallarını cavablandırıb.

Saglamolun.az KP-ya istinadla xəbər verir ki, digər mövzularla yanaşı immun sistemi, immuniteti gücləndirən vasitələr, immunitetin zəifləməsi kimi mövzular da müzakirə olunub. Jurnalistin "Doktor, immuniteti necə gücləndirmək olar?" sualına həkim gözlənilməz cavab verib: "Heç cür".  Həkimin sözlərinə görə, immun sistemini hər hansı preparat, dərman və s. bu kimi vasitələrlə gücləndirmək mümkün deyil.  Onun fikrinə görə, apteklərdə satılan və geniş reklam olunan immunopreparatlar immuniteti gücləndirə bilməz və bu yalnız pul tələsidir. Həkim qeyd edib ki, nə Avropa, nə də Amerikada belə preapartlar xəstələrə təyin olunmur.

Myasnikov izah edib ki, immun sistemi o dərəcədə mükəmməl və mürəkkəb sistemdir ki, onun "işinə" qarışmaq nəinki mənasızdır, hətta bəzən təhlükəlidir.

Həkimin sözlərinə görə, sağlam qidalanma, aktiv həyat tərzi, normal yuxu, streslərdən və pis vərdişlərdən uzaq olmaqla immuniteti daim yüksək səviyyədə saxlamaq mümkündür. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR