Slimfit
  1. İQTİSADİYYAT

İmişlidə 3 min tondan çox meyvə tədarük olunub

İmişlidə 3 min tondan çox meyvə tədarük olunub
Sakura

İmişlidə 3 min tondan çox meyvə tədarük olunub

 

İmişlidə təsərrüfatın digər sahələri ilə yanaşı, bağçılığın inkişafına da xüsusi diqqət yetirilir. Dövlətin aqrar sektorun inkişafı ilə bağlı məhsul istehsalçılarına göstərdiyi hərtərəfli dəstəkdən yararlanan bağbanlar ötən il rayonda mövcud olan 784 hektar meyvə bağdan 3 min ton meyvə tədarük ediblər. Bağbanlar cari ildə də bağlardan bol məhsul götürmək üçün ağaclara nümunəvi qulluq göstəriblər. Bunun nəticəsində də bağlarda meyvə bol olub.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, xeyli vaxtdır imişlili bağbanlar meyvə bağlarında məhsul yığımı aparırlar. İndiyədək bağlardan 3 min 51,5 ton meyvə yığılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22,8 ton çoxdur. Tədarük olunan meyvənin 567,1 tonunu alma, 552,3 tonunu armud, 179 tonunu ərik, 421,5 tonunu albalı, 136,9 tonunu şaftalı, 491 tonunu gavalı, 620,5 tonunu alça, 82 tonunu gilas, 1,2 tonunu isə digər meyvələr təşkil edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR