Slimfit
  1. TÜRKİYƏ

İmamoğlu ilk layihəsinə başladı

İmamoğlu ilk layihəsinə başladı
Sakura

İmamoğlu ilk layihəsinə başladı

İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu ilk layihəsini reallaşdırmağa başlayıb.

Qafqazinfo” “Haberler”ə istinadən xəbər verir ki, İmamoğlu Harem və Esenlər avtovağzallarının şəhər kənarına köçürülməsinə qərar verib. Onların yerində isə yüksək texologiyalar mərkəzi qurulacaq. “Bu ərazini ağla və elmə peşkeş edirəm” deyən İmamoğlu İstanbul insanının xəzinə olduğunu deyib:

“Bu xəzinəni mən də görürəm. Bu şəhərin hər işində sizdən faydalanacağıma söz verirəm. Mənim işim ağıl və elmlədr. Böyük ərazilər şəhər adına pis istifadə edildi. Həm Haremi, həm də Esenleri şəhər kənarına köçürəcəyik. Buna görə də, sürətlə köçürülmə işlərinə başlayırıq. Orada yüksək texnologiyalar mərkəzi qurulacaq. Ola bilər, bəzilərinin işinə yaramasın”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR