Slimfit
  1. TÜRKİYƏ

İmamoğlu erməni jurnalistdən yazdı - Adını eşidəndə...

İmamoğlu erməni jurnalistdən yazdı - Adını eşidəndə...
Sakura

İmamoğlu erməni jurnalistdən yazdı - Adını eşidəndə...

İstanbul Büyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu sosial mediada 13 il əvvəl bu gün öldürülən erməni əsilli jurnalist Hrant Dinki anıb.

Teleqraf.com xəbər verir ki, İmamoğlu Hrant Dinkin sözündə və qəlbində sülh olan insan, araşdırmanı sevən jurnalist olduğunu qeyd edib.

"Tariximiz və ölkəmiz baxımından çox kədərli şəkildə aramızdan ayrılıb. Bu acını onun adını nə vaxt eşitsək hiss edirik. Onu sayğıyla anıram, ruhu şad olsun", - deyə İmamoğlu Tvitterdə yazıb.

Qeyd edək ki, Agos qəzetinin baş redaktoru 2007-ci ilin yanvarın 19-da yerli vaxtla saat 15:00-da İstanbulda işlədiyi redaksiya binasının qarşısında sui-qəsd nəticəsində öldürülüb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR