İmadəddin Nəsiminin 650 illiyi münasibətilə poçt markaları buraxıldı
Oktyabrın 1-də Heydər Əliyev Mərkəzində II Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalının bağlanış mərasimi çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərmarka” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hazırlanmış “İmadəddin Nəsimi – 650” poçt markalarının nümayişi olub.
“Azərmarka”nın direktoru Leyla Güləliyeva Publika.az-a bildirib ki, buraxılış dahi şairin 650 illiyi münasibətilə 2 poçt markasından ibarət blok şəklində hazırlanıb.
Blokun yuxarı hissəsindəki markada İmadəddin Nəsiminin silueti, aşağı hissədəki markada isə yazı lələyi təsvir edilib. Blokun ölçüsü 72x92 millimetr, markaların ölçüsü 51x36 millimetrdir. Dizayneri “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov olan markalar 10 min ədəd tirajla çap edilib. Həmçinin 400 ədəd birinci gün zərfləri də hazırlanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət