Slimfit
  1. ƏDƏBİYYAT

İmadəddin Nəsimi - Yanaram

İmadəddin Nəsimi - Yanaram
Sakura

İmadəddin Nəsimi - Yanaram

Səndən iraq,ey sənəm,şamü səhər yanaram,
Vəslini arzularam,dəxi betər yanaram.

Eşq ilə şövqün odu canıma kar eylədi, 
Gör necə tabında,ey şəmsü qəmər yanaram.

Məndən iraq olduğun bağrımı qan eylədi,
Oldu gözümdən rəvan xuni-cigər,yanaram.

Şəmi-rüxun surəti qarşıma gəlmişdürür,
Şəşəəsindən mənə şölə düşər,yanaram.

Səbr ilə aramımı,qapdıəlimdən qəmin
Badi-həvadan degil,qəmdən əgər yanaram.

Çıxdı içimdən tütün,çərxi boyadı bütün,
Gör ki,nə atəşdəyəm,gör nə qədər yanaram.

Yandığım ol yar üçün gizli degil,mən dəxi
Hər nə qədər kim,anın könlü dilər,yanaram.

Müddəi yana demiş qəmdə,Nəsimi içün,
Qəmdə yanan yarı çün yar sevər,yanaram.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR