Dərc edildi: Baxış sayı: 588
İmadəddin Nəsimi - Üzün güldür, ləbin ləli-şəkərbar
Üzün güldür, ləbin lə’li-şəkərbar,
Gözün cadu, saçındır mişki-tatar.
Mən aşiq olmuşam şol хəttü хala,
Əgər qanım tökərsən, əllərin var!
Mənəm yardan cüda, ol yar məndən,
Ilahi, olmasın hiç kimsə biyar!
Ayağın torpağından tutiyatək,
Həzaran müştəri vardır хəridar.
Nəsimi halını sorgil, nigara,
Kəməndi-еşqinə olmuş giriftar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət