Dərc edildi: Baxış sayı: 3709
İmadəddin Nəsimi - Rübailər
Fəzli həqdir vaqifi əsranmız
Fəzli həqdəndir qamu envanmız
Fəzl heq göstərmiş idi kanmız
Fəzli həqdir, Fəzli heq memanmız.
Ey özündən bixəbər qafil oyan
Həqqə gəl kim heq deyil batil, oyan
Olma fani aləmə mayil, oyan
Mərifətdən nəsnə qıl hasil, oyan.
Həq-təala Adəm oğlu özüdür
Otuz ikı həq kəlamı sözüdür
Cümlə aləm bil ki, Allah özüdür
Adəm ol candır ki, güneş özüdür.
Ay ile güneş üzün heyramdır
Mişk ilə ənber saçın tərxanıdır
Çün Nəsimi əyyamın sultanıdır
Dövr anın, dövran anın dövranıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət