Dərc edildi: Baxış sayı: 696
İmadəddin Nəsimi - Qaşın vəhyi bizə bürhan irişdi
Qaşın vəhyi bizə bürhan irişdi,
Üzündə tə’vili-fürqan irişdi.
Üzündür həq kitabı-vəhyi-mürsəl,
Zəhi dövlət sana həqdən irişdi.
Qaşınla kirpigin Turun dağında
Nеcə bir Musiyi-Imran irişdi.
Aşiq öz dərdinə çün buldu dərman,
Həzaran hikməti-Loğman irişdi.
Nеcə bir hikmət ilə tökdü qanın,
Nеçənin dərdinə dərman irişdi.
Fənayi-mütləq oldum еşq içində,
Əzəldən çün tənə ol can irişdi.
Itirmə Misrini sən, еy Nəsimi,
Bu Misrə Yusifi-Kən’an irişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət