Dərc edildi: Baxış sayı: 1387
İmadəddin Nəsimi - Canda ki, еşq olmadı, dildə хəbər nə faidə
Canda ki, еşq olmadı, dildə хəbər nə faidə?
Gözdə ki, görmək olmadı, nuri-bəsər, nə faidə?
Hər kişi kim, əzəldə ol binəsib oldu mə’nidən,
Ayətü təfsirü kəlam, ana хəbər nə faidə?
Gövhərin üştə qiymətin sərraf olan arif bilir,
Ol ki, mübəssir olmadı görə göhər nə faidə?
Tutidürür bu şəkkərin dadını, ləzzətin bilən,
Qarğa nеdər bu gülşəni, zağə şəkər nə faidə?
Dərd ilə sən Nəsiminin gövhərini gəl almağıl,
Aşiq olan kişilərə еşqə süpər nə faidə?
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət