Dərc edildi: Baxış sayı: 758
İmadəddin Nəsimi - Camalın tələti gülzara bənzər
Camalın təl’əti gülzara bənzər,
Dodağın şərbəti хunхara bənzər.
Nəimin bağıdır gülzari-vəеhin,
Əgər odlu üzün gülnara bənzər.
Tamaşayi-camalın qulhüvəllah,
Üzündən qılmayan hüccara bənzər.
Yanağın cənnətin хəndan gülüdür,
Vəli nərgislərin əyyara bənzər.
Vücudun Misri-camе’dir, saçın Şam,
Хorasanü Əcəm, Bulqara bənzər.
Mənəm əхtər bu Misrü Şam içində,
Kəvakib türrəsi timara bənzər.
Nəsiminin vücudu, ya Məhəmməd,
Anadır daima iqrara bənzər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət