Slimfit
  1. İDMAN

İlqar Rəhimov: “Tokio-2020-də 30-32 paralimpiyaçı ilə iştirak etməyi planlaşdırırıq”

İlqar Rəhimov: “Tokio-2020-də 30-32 paralimpiyaçı ilə iştirak etməyi planlaşdırırıq”
Sakura

İlqar Rəhimov: “Tokio-2020-də 30-32 paralimpiyaçı ilə iştirak etməyi planlaşdırırıq”

“Rio Paralimpiadasında 24 nəfərlə iştirak etmişiksə, bu, bizim ən böyük heyətimiz idi”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov deyib.

O, Tokio-2020 Yay Paralimpiya Oyunları ilə bağlı fikirlərini açıqlayıb. Rəhimov Milli Olimpiya Komitəsinin feysbuk səhifəsinə açıqlamasında deyib ki, Yaponiya paytaxtında əsas məqsəd daha çox paralimpiyaçı ilə təmsil olunmaqdır: “Tokio-2020 Yay Paralimpiya Oyunlarında 30-32 paralimpiyaçı ilə iştirak etməyi planlaşdırırıq. Bu, qatıldığımız paralimpiadalar tarixində ən geniş heyətimiz olacaq. Eyni zamanda, daha bir fərq ondan ibarət olacaq ki, yığmamız Tokioya daha öncədən - Oyunların başlanmasına çox-çox əvvəldən, ən azından Paralimpiya kəndinin açılışına 10 gün qalmış yollansın. Məqsəd ondan ibarətdir ki, son təlim-məşq toplanışları məhz Yaponiyada keçirilsin. Komandamız oranın iqlim, saat fərqinə uyğunlaşsın. Beləliklə də Oyunların başlanmasına tam hazır vəziyyətdə gəlsinlər, heç bir problem olmasın”.

 
Qeyd edək ki, paralimpiya üzrə milli komandamız hələlik 7 lisenziyaya sahib olub. Tokio-2020 Yay Paralimpiya Oyunları avqustun 25-dən sentyabrın 6-dək keçiriləcək.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR